Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 30.05.2017, 15:49
Главная » 2008 » Май » 30 » Paraşütle göye qalxacaq
Paraşütle göye qalxacaq
00:58

Paraşütlə göyə qalxacaq


Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib

Gənclər və İdman Nazirliyi hazırda planlaşdırma və arxitektura üzrə beynəlxalq miqyasda nüfuza malik olan AS&P – Albert Speer und Partner GmbH (Frankfurt, Germany) şirkəti Bakının 2016-cı il Olimpiya Oyunları üzrə təkliflər kitabında təqdim olunmuş olimpiya obyektlərinin konsepsiyasının dəqiqləşdirilməsi və genişləndirilməsi üzərində çalışır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, əsas məqsəd davamlı və nümunəvi ekoloji planlaşdırma konsepsiyasının təmin edilməsidir. Bu, təkcə ciddi şəkildə çirklənməyə məruz qalmış ərazilərin (məsələn, keçmiş Bibi Heybət neft mədəninin) təmizlənməsi ilə deyil, həm də ekoloji aspektlərin idman qurğularının arxitekturasına inteqrasiya edilməsi ilə bağlıdır. Burada əsas məsələlərdən biri enerjiyə qənaət və dayanıqlı materiallardan istifadə edilməsi kimi amillərin nəzərə alınmasıdır. Həmçinin bura gələcəkdə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün münasib olacaq arxitektor formalarının müəyyənləşdirilməsi də daxildir.

İşlərin hazırkı mərhələsində obyektlərin konsepsiyasının hazırlanması ən mərkəzi vəzifələrdən biridir. Olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədlik təklifi ilə bağlı işlərin vaxtında yerinə yetirilməsi məqsədilə bir neçə variant nəzərdən keçirilir. İlkin diqqət Olimpiya ölçülərinə malik olan su idmanı mərkəzinin və çox funksiyalı gimnastika kompleksinin layihələndirilməsi və tikintisinə yönəldilib. Bu iki qurğunun planlaşdırılması və reallaşdırılması üçün tələb olunan vəsait milli büdcənin idmanın infrastrukturunun inkişafı ilə bağlı hissəsində nəzərdə tutulmuşdur. Bu vacib planlaşdırma işi ilə bağlı AS&P iri tədbirlərin planlaşdırılması və idman qurğularının layihələndirilməsi və tikintisi sahəsində özünün geniş beynəlxalq təcrübəsindən bəhrələnə biləcək.

11 idman qurğusundan ibarət olan Olimpiya Parkı keçmiş Bibi Heybət neft mədəninin ərazisində yerləşəcək. Neft hasilatı məqsədləri üçün süni şəkildə yaradılmış bu quru hissəsi turnirlərin keçiriləcəyi obyektlərin cəmləşdiyi yenidən modelləşdirilmiş geniş əraziyə çevriləcək. Milli Su İdmanı Mərkəzi və Gimnastika Kompleksi Bakı şəhərinin şimal girişində yerləşən Əzizbəyov dairəsində, Əzizbəyov metro stansiyasının yaxınlığında yerləşəcək. 40 mərtəbəli mehmanxana binası bu olimpiya obyektinin bir küncünü tutacaq və onun simvoluna çevriləcək.

Üstünlük təşkil edəcək arxitektura motivi ənənəvi Azərbaycan xalça təsvirlərindən götürülmüş floral (gül) cizgilər olacaq. Bu cəlbedici ornament digər sahələrdə də təkrarlanacaq və landşaft dizaynında, meydan və küçələrin səkilərində, idman qurğularının fasad və damlarında istifadə olunacaq. Ümumilikdə bu cizgilər sakitlik və bütün arxitektura ansamblının dizaynının həmahəngliyi hissini yaradacaq.

Olimpiya Parkının və Əzizbəyov kompleksinin tikinti xərclərinin birlikdə təxminən 630 milyon ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.

Категория: Regional | Просмотров: 573 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
18.01.2012 Спам
1. 926339.ru
Карликовые кролики питомника "Долина кросава". Разводимые породы карликовый баран (вислоухие) и карликовая лиса (торчеухие). Разные окрасы. http://926339.ru/?top=135&page=14

Имя *:
Email *:
Код *: