Xos gelmisiniz!!!

$Telebeplus$ - $Umumi inkishafa dogru...$
Воскресенье, 23.07.2017, 15:43
Приветствую Вас Гость

Ümumi İnkişafa Doğru

XARİCDƏ TƏHSİL

Yaponiyada təhsil – ailə, cəmiyyət, dövlət tərəfindən himayə edilən (dəstəklənən) bir ayindir. Çox kiçik yaşlarından yaponlar daim və gərgin şəkildə öyrənməyə başlayırlar. Əvvəla bunu, yüksək səviyyəli məktəbə daxil olmaq, sonra isə yaxşı universitetə qəbul olmaq, müsabiqədən keçə bilmək, bundan sonra da hörmət edilən və inkişaf edən korporasiyaya işə girmək üçün edirlər. Yaponiyada qəbul olunmuş “işçi prinsipi” insana cəmiyyətdə özünə layiqli yer tutmaq üçün yalnız bir təşəbbüs etmə hüququ verir. Yüksək səviyyəli təhsil hər bir şəxsin müvəffəqiyyətli olacağının zəmanəti hesab olunur.

Yaponiyada hələ əsrlər öncədən təhsilə o qədər ciddi diqqət yetirilirdi ki, hətta nüfuzlu tədris müəssisələrinə hazırlıq üçün xüsusi axşam məktəbləri - “dzyuku” yaradılmışdı. Hələ 18-ci əsrdə yapon monastırları dövründən fəaliyyət göstərən buna bənzər məktəblərin indiki sayı 100 mindən çoxdur. Müəllimin evinə toplaşan 5-6 şagirddən ibarət olan balaca “dzyuk”-lar bərabər 5000-ə yaxın şagirddən ibarət “dzyuk”-lar da var idi.

Burada dərslər saat 16:50-dan 20:50-ə dək, birinci gündən beşinci günə qədər olur, həftəlik yoxlamaları isə adətən, bazar günü səhər vaxtına təyin edirlər. Yüksək nüfuzlu təhsil müəssisələrinə daxil olmaq üçün müsabiqə o qədər böyükdür ki, buna görə qəzetlər “imtahan cəhənnəmi” ifadəsini işlədirlər. “Dzyuku” ya daxil olma imtahanlarına hazırlığı “cəsurluq mərasimi” adı ilə təşkil edirlər. Belə ki, şagirdlər başlarındakı sarğı ilə (həmin sarğıda məktəblərin şüarı olur) var gücləri ilə çığırırlar: “Mən daxil olacağam”.

Bildiyimiz kimi, Yapon dili dünyada ən çətin dillərdən biri hesab edilir. Bu dili öyrənmədən siz Yaponiyanın adət-ənənlərini və mədəniyyətini anlaya, yaponca menecmentliyin mahiyyətini dərk edə və yapon universitetlərində təhsil ala bilməzsiniz. Yaponiyanın özündə yapon dilini öyrənmək üçün imkanlar mövcuddur.

Kolleclər

Yapon kollecləri statuslarına görə, bizim orta ixtisas məktəbləri ilə bərabərləşdirilə bilər. Onlar kiçik, texniki və xüsusi hazırlıq kolleclərinə bölünürlər. 600 -ə yaxın olduğu müəyyən edilən kiçik kolleclər humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif edirlər. Bu kollecləri bitirənlər təlimin ikinci və ya üçüncü ilindən universitetdə öz təhsillərini davam etdirmək hüququna malik olurlar. Kiçik kolleclərə qəbul bütövlükdə orta məktəbin bazasında keçirilir.

Kiçik kolleclərin 90 faizi özəl kolleclərdir, və daha çox cavanlar arasında məşhurdur. Bura daxil olmaq istəyənlərin sayı hər il 3 dəfə nəzərdə tutulmuş yerlərin sayından artıq olur. Kolleclərin 60 faizi yalnız qadınlar üçün təyin edilib. Onlara ev maliyyəsi, ədəbiyyat, dillər, təhsil, sağlamlığın qorunması kimi dərslər keçirilir. Texniki kolleclərə natamam və ya tam orta təhsili bitirdikdən sonra daxil olmaq olar. Birinci halda təhsilin müddəti 5 ildən, ikincidə isə 2 ildən ibarət olur. Bu tipli kolleclərdə elektronika, inşaat, maşınqayırma və başqa fənlər öyrədilir. Yaponiyada 55 minə qədər tələbənin təhsil aldığı 60-a yaxın texniki kollec mövcuddur.

Peşə hazırlığı kollecləri mühasiblər, dizaynerlər, maşinistlər, proqramistlər, avtomexaniklər, dərzilər, aşpazlar üçün illik peşəkar kurslar təklif edirlər. Belə təhsil müəssisələrinin 3.5 minə çatır. Doğrusunu desək, onların məzunları öz təhsillərini ali məktəbdə, kiçik və ya böyük texniki kolleclərdə davam etdirə bilməzlər.

Ali təhsil

Yaponiyada 425-i özəl olan 600-ə yaxın universitet var. Tələbələrin ümumi sayı 2.5 milyonu keçir. Ən nüfuzlu dövlət universitetləri Tokio (əsası 1877-ci ildə qoyulub, 11 fakultəsi vardır), Kioto universiteti (1897-ci ildən fəaliyyətdədir, 10 fakültəsi var) və Osakadakı universitet ( 1931-ci ildə yaradılıb, 10 fakultəsi mövcuddur) sayılır. Onların ardınca reytinqi Hokkaydo və Toxoku universitetləri davam etdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Osakada yerləşən Kansay universitetləri tanınır. Bunlardan başqa, 1-2 fakültədə 200-300 tələbənin olduğu hesablanan böyük sayda kiçik ali təhsil məktəbləri də var.

Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə abituriyentlər universitetə qəbulu həyata keçirən milli mərkəzin apardığı “birinci pilləyə nail olmaq üçün ümumi tapşırıq”ı yerinə yetirirlər. Sınağa müvəffəqiyyətlə davam gətirənlər bilavasitə universitetlərdə keçirilən qəbul imtahanlarına buraxılır. Testlərdən yüksək qiymət alanlara isə ölkənin ən nüfuzlu universitetlərinə imtahan verməyə icazə verilir.

Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər. Yaxşı özəl universitetlər ibtidai, kiçik və böyük orta məktəblərə, həm də uşaq bağçalarına malikdirlər. Əgər abituriyent bu universitetin nəzdində fəaliyyət göstərən uşaq bağçasından tutmuş yuxarı məktəbə qədər müvəffəqiyyətli yol keçirsə, universitetə imtahansız götürülür.

Yaponiyada təhsil alma təşkilatlarının xarakterik xüsusiyyətləri onun ümumi elmi və xüsusi fənlərə dəqiq bölünməsinin təzahürüdür. İlk 2 ili tələbələr ümumi fənləri, məsələn, tarixi, fəlsəfəni, ədəbiyyatı, ictimaiyyəti, xarici dilləri öyrənməklə, həmçinin, gələcək ixtisasları ilə bağlı xüsusi kursları dinləməklə ümumtəhsil hazırlığı əldə edirlər. Birinci iki il ərzində tələbələr seçdikləri peşənin mahiyyətini daha dərindən dərk edə bilmək imkanına, müəllimlər isə tələbə seçiminin düzgünlüyünə əmin olmağa, onun elmi potensialını təyin etməyə nail olurlar.

Nəzəri cəhətdən ümum-elmi dövrü başa vurduqdan sonra tələbə öz ixtisasını, hətta fakültəsini də dəyişə bilər. Həqiqətdə, belə hallara çox az rast gəlinir. Bu zaman tələbə yox, müdiriyyət təşəbbüs göstərir. Sonuncu iki ili isə tələbələr seçdikləri peşəni öyrənirlər.

Universitetlərin hamısında təhsil alma müddəti standartlaşdırılmışdır. Ali təhsilin əsas kursu 4 ildən ibarətdir. Ali tibb məktəbi tələbələri, stomatoloqlar və baytarlar əlavə iki il təhsil alırlar.

Çox az təsadüf edilən istisnalardan başqa, bir universitetdən digərinə keçid tətbiq edilmir. Lakin ayrı-ayrı universitetlərdə əcnəbi tələbələrin 2-ci və ya 3-cü kursa qəbulunu həyata keçirirlər. Bunun üçün xüsusi imtahanlar keçirilir.

Tədqiqat işlərində öz bacarıqlarını göstərən ali məktəblərin məzunları magistr (Suşi) pilləsində də təhsillərini davam etdirə bilərlər. Onun müddəti iki ildir. Fəlsəfə elmləri doktoru elmi dərəcəsi (Nakuşi) magistr pilləsinə malik olanlardan 3 illik, bakalavrlardan 5 ildən az olmayaraq təhsil tələb edir.

Universitetlərin əksəri tədris prosesini semestr sistemi üzrə təşkil edirlər. Universitetlərdə vahid ballıq sistem qəbul olunub. Belə ki, bu sistemlə, semestr ərzində auditoriya və ya lobaratoriyada həftəlik işə sərf edilən saatların sayından çıxış edərək, öyrənilən kursların həcmi qiymətləndirilir. Bakalavr pilləsini əldə etmək üçün toplanmalı olan bal vahidlərinin kəmiyyəti 124 və 150 arasında dəyişir.

Magistr pilləsi üçün olan proqram ciddi surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram üzrə iki illik təhsildən sonra verilən buraxılış imtahanlarının və aspirantura məzununun dissertasiyasının müdafiəsi magistr pilləsində qərara alınır. 3 illik doktorluq dərəcəsi proqramı özündə 50 ballıq həcmdə tədris kursları, buraxılış imtahanı və xüsusi aparılmış tədqiqatların əsasında dissertasiyanın müdafiəsini özündə birləşdirir.

Osaka Universiteti




xtisas artırma sistemi

Hətta ali məktəbi qurtardıqdan sonra məzunlar öz təhsillərinin onları işə götürən korporasiyalarda davam etdirirlər. “Daimi işçi” sistemi insanın bir şirkətdə 55-60 yaşına kimi işləməsinin nəzərdə tutur. İddialı olanların seçimi zamanı onların bitirdikləri ali məktəbin nüfuzu, həmçinin, tapşırıqlar (yoxlama?) zamanı göstərilənlər nəzərə alınır. Bunlara ümumi hazırlıq və mədəniyyət səviyyəsinin təyin edilməsi, humanitar və texniki biliklərin mənimsənilməsinə dair suallar da daxildir. İddiaçılar müsahibədən keçirlər. Burada onların şəxsi keyfiyyətləri (əlaqə yaratmaq, güzəştə getməyə hazır olmaq, şöhrətpərəstlik, məcburilik, artıq qurulmuş münasibətlər sisteminə daxil olma bacarığı və s.) qiymətləndirilir.

İşə götürmə ildə bir dəfə, yalnız apreldə keçirilir. Bundan sonra yeni əməkdaşlar bir həftədən dörd həftəyə qədər uzanan kiçik, lazımlı təlim kursu keçirlər. Onun çərçivəsində onlar kompaniya ilə, onun istehsal etdiyi profillə, təşkilatın quruluşu, inkişaf tarixi, ənənələri, konsepsiyaları ilə tanış olurlar.

Giriş kursundan sonra onlar üçün 2 aydan bir ilə qədər müxtəlif şəkildə davam edən şagirdlik illəri başlayır. Təhsil prosesi əsasən, firmanın müxtəlif şöbələrində - istehsalat, əmək, satış təşkilat sistemi üzrə, gələcək rəhbərlərə iş fəaliyyəti spesifikası üzrə mühazirə və seminar kursları keçirən - praktikumlardan (praktik məşğələ kurslarından) ibarətdir . Praktiki və nəzəri dərslərin nisbəti həmişə birincilərin xeyrinə cəmlənir. (6:4 –dən 9:1-ə qədər).

Yapon fimalarında daimi rotasiya kadrları qəbul edilir. İşçi bir ixtisası yetərincə mənimsədikdən sonra, onu digər bir işə köçürürlər. Beləliklə, praktiki təhsil prosesi yenidən başlayır. Əməkdaşın iş fəaliyyəti ərzində işçi yerlərinin vaxtaşırı növbələnməsi, kadrların ixtisasının artırılmasında ən yaxşı vasitə hesab olunur. Rotasiya sayəsində kompaniyanını bir çox şöbələrinin fəaliyyətinin xüsusiyyətləini bilən “geniş profilin rəhbərləri” yetişdirilir.

Bundan əlavə, menecerlər həm də akademik təhsil alırlar. Onlara istehsal üzrə idarəçilik, onun xidmətləri, məhsul satışı, maliyyə fəaliyyəti, kadrlar arasında idarə etmə və xarici ticarət kursları öyrədirlər.

Əcnəbi tələbələr

Yaponiya cəmiyyətinin qapalılığı və dilinin qəlizliyi səbəbi ilə heç vaxt əcnəbi tələbələri özünə cəlb edən dünya liderləri sırasına daxil olmamışdır. Yaponiyada 1983-cü ildən keçirilən ali təhsilin beynəlmiləlləşdirilməsi siyasəti öz bəhrəsini verir.

Əsasən, yapon ali məktəbləri qonşu Asiya ölkələrindən gəncləri özünə cəlb edir. Əcnəbi tələbələr arasında daha çox Çin, Tayvan və Koreyanın vətəndaşları liderlik edir. Yüksək yapon mədəniyyətinə qoşulmaq və milli idarəçilik sisteminin nüanslarını anlamaq üçün buraya qərbin inkişaf etmiş ölkələrindən də insanlar gəlirlər. Məsələn, amerikalı tələbələrin sayı təxminən, 1000 nəfərə yaxın qiymətləndirilir.

Yaponiyada təhsil almaq üçün əcnəbi tələbələrin qəbulu yapon abituriyentlərinin qəbulu kimi həyata keçirilir. İddialı şəxs öz ölkəsində 12 il müddətində təhsil aldığı haqda sənəd təqdim etməlidir.

İddiaçının yaşı 18-dən aşağı olmamalıdır. Təhsilə, həmçinin, Beynəlxalq Bakalavr və Abitur proqramları üzrə imtahan verənlər də buraxılır.

Əcnəbi tələbələrin ümumi təhsildən imtahan vermələri mütləqdir. Məsələn, humanitarlar üçün riyaziyyat, dünya tarixi, ingilis dili. Təbiət elmləri ixtisası üçün olan variant riyaziyyat, fizika, kimya, biologiya və ingilis dilini ehtiva edir.

Lakin ən əsası yapon dilində olan testdir. Bu test Beynəlxalq Təhsil Assosiasiyası tərəfindən dünyanın 31 ölkəsində keçirilir.

O özündə 3 blok birləşdirir: heroqlifləri və lüğəti (leksikanı); qavrama qabiliyyəti; mütaliə və qrammatika sahəsində biliyinin yoxlanılması. Bu imtahan 4 mürəkkəb səviyyədə həyata keçirilir. Birinci səviyyə yapon dilinin 900 saat ərzində ,həmçinin, 2000 heroqlifin, ikinci – 600 saat və 1000 heroqlifin, üçüncü – 300 saat, 300 heroqlifin, dördüncü isə150 saat və 100 heroqlifin öyrənilməsini nəzərdə tutur.

Birinci səviyyənin imtahanının uğurla verildiyi haqda rəsmi sənəd Yaponiyanın istənilən ali məktəbinə (hətta magistr pilləsinə də) qəbul üçün yetərli sayılır. Ayrı-ayrı ali məktəblərə ikinci səviyyənin imtahanını vermək də kifayətdir. 3-cü səviyyənin imtahanının verilməsi haqqında sənədin mövcudluğu yapon firmalarına işə qəbul üçün imkan yaradır.

Əcnəbi tələbələr üçün yapon ali məktəblərində təhsilə görə ödəmə dövlət ali məktəblərində ildə 380 min ien və daha yüksək, özəllərdə isə 900 min ienə qədərdir. Bunlar arasında ən bahalı təhsil isə iqtisadiyyat, tibb, filologiya və pedaqogika sayılır. Yaşayış üçün xərclər ali məktəbin yerləşdiyi şəhərdən asılı olaraq, ildə təxminən 9-12 min ien təşkil edir.

Tələbələrin 80%-i Yaponiyada öz vəsaitləri hesabına təhsil alırlar. Digərlərinə təqaüdün müxtəlif növləri ödənilir. Onlar hökumət təqaüdünə (Yapon Hökumət Təqaüdü), Beynəlxalq təhsilin Yaponiya Assosiasiyasının təqaüdünə, “Beynəlxalq həmrəylik” proqramı çərçivəsində təqaüdə, Təhsil Nazirliyinin təcrübəçilər proqramı çərçivəsində təqaüdə və s. iddialı ola bilərlər. Həmçinin, özəl fondlardan da təqaüd almaq olar. Məsələn, Takaku fondu buna misal ola bilər.

/Günel Məmmədova TELEBE.AZ/


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]
Форма входа
Календарь новостей
«  Июль 2017  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18
Мини-чат
200
Copyright MyCorp © 2017 |