Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 30.04.2024, 02:42
Главная » 2008 » Май » 29 » Maraqlı
Maraqlı
23:49

Qadın!

Adına, zərifliyinə, gözəlliyinə təriflər söylənən Qadın!

 

Dəyəri heç bir mizanla ölçülməyən, həyatın qaynağı, davamı sayılan, kişinin arxası, dayağı olan Qadın!

 

Müdrikliyi ilə ad qazanmış bu incə məxluq, yeri gəldikdə zərifliyini arxa planda qoyaraq kişilərlə bərabər azadlıq, haqq-ədalət uğrunda mübarizə aparıb...

Bəs qoca tarixin dərinliklərindən adları duyulan, varlığını rəvayətlərlə bərabər maddi sübutlarla da isbatlayan tək, kişilərsiz vuruşan cəngavər qadın ordusu – “AMAZONLAR?”...

 

 

“Amazonlar” deyəndə, bir qayda olaraq, göz önündə qəhrəmanlıqla gözəlliyin ümumiləşdirilmiş simvolu sayılan ağıllı, cəsur, yaraşıqlı qadınlar dayanırlar. Bu döyüşçü qadınların şərəfinə dünyanın bir çox xalqları öz “amazonlarını” yaratmış, onları əfsanələşdirərək müqəddəsləşdirmişlər.

Qədim yunan mifologiyasında amazonların vətəninin Kiçik Asiya və Meotida (Azov dənizi) sahilliləri, digər mənbələrdə isə Kiçik Skifiyada Qafqaz ətəkləri, Qara dəniz sahilləri, indiki Azərbaycan ərazilərinin qərb dağlıq hissələri, həmçinin Gürcüstan və Türkiyənin bir qismini əhatə edən ərazilərin olduğu göstərilir. Amazonlar skif (sak) tayfalarına məxsus iskit dilli olmuşlar. Tayfanın başlıca mərkəzi, Fermodont gölünün yaxınlığında yerləşən qədim Femiskira şəhəri idi.

“Amazon” sözünün yunanca “a-mazos” – “məməsi olmayan” anlamında olduğu iddia olunur. Çox güman ki, amazonlar bu adı məhz döyüşçü qızların sağ məmələrini körpə yaşlarında yandırdıqlarına (ox və yayı sağ əllərində maneəsiz tutmaq üçün) görə qazanmışdılar.

 

...Qədim bir əfsanədə “amazon ordusunun” yaranma səbəbləri belə göstərilir: Qafqaz ətəkləri ərazilərdə məskunlaşmış skif tayfalarının birinə, düşmən münasibətində olduqları qonşu tayfalardan biri qəflətən hücum edir. Amansız düşmən, uşaqlardan qocalara kimi tayfanın bütün kişilərini qılıncdan keçirir. Lakin tayfanın sağ qalan qadınları özlərini itirmirlər. Hüzn mərasimlərini başa vurduqdan sonra məğrur bir qadın, dağlara çəkilərək ordu qurmaq, silahlanmaq, hazırlıq görərək intiqam almaq təklifinin irəli sürür. Tayfanın bütün qadınları bu təklifə qoşulurlar. Öz ərlərinə və ailələrinə sədaqət ifadəsi kimi, məhəbbətlə intiqam hissini birləşdirməyi bacaran bu cəsurlar, qısa zaman kəsiyində bəşər tarixində ilk qadın ordusunu yaratmağa müvəffəq olur və düşməndən intiqam alırlar. Sonra döyüşçü qadınlar ərlərinin qəbri üstünə gedərək bir daha ərə getməyəcəklərinə, yalnız ədalət naminə vuruşacaqlarına və şər qüvvələrlə mübarizə aparacaqlarına and içirlər...

 

...Amazonların müstəqil dövlətlərinin olduğu haqda heç bir əsaslı mənbə yoxdur. Buna baxmayaraq, bu cəsur qadın ordusunun hansı hüquqda, hansı dövlətin tərkibində fəaliyyət göstərməsindən asılı olmayaraq, kifayət qədər müstəqil siyasəti və statusu olmuşdur. Bunu amazonların güclü dövlətlərə qarşı döyüşlərdə iştirakına şahidlik edən bir sıra tarixi mənbələr sübut edir. Onların adları Troya müharibəsində, kimmerlərlə birlikdə Kiçik Asiyaya yürüşdə, Attikaya hərbi əməliyyatda və Afinanın mühasirəsində çəkilir.

Gənclərin şəxsi heyətə qəbulu inkişaf səviyyəsindən asılı olaraq, 13-15 yaş arasında təmin edilirdi. Buna qədər uşaqlar və yeniyetmələr olduqca kiçik yaşlarından müxtəlif yaş qruplarına bölünürdülər ki, onlara da xüsusi təlimçilər – ustalar təlim məşqləri keçirirdilər. Məşqlər, əsasən fərdi döyüş fəndləri, skiflərə məxsus at çapmaq, eyni zamanda çaparaqdan hədəf ox atmaqdan ibarət idi. Gənclərə həm də yazıb-oxuma öyrədilirdi. Xüsusi baxışdan sonra gənclərin orduya qəbulu təmtəraqlı mərasimlə həyata keçirilirdi. Mərasimin əsasını andiçmə - “Amazon andı” təşkil edilirdi. Anda görə orduya qəbul olunmuş hər bir qız döyüşçü, heç vaxt ərə getməməli, verdiyi sözə sadiq qalmalı, döyüş yoldaşını meydanda tək buraxaraq geri çəkilməməli idi.

 

Uzun müddət var olmaq üçün tükənmək təhlükəsinin qarşısı alınmalıdır...!

 

Zaman keçdikcə amazonlar qocalmaq, tükənmək üzrə olduqlarını dərk etməyə başlayırlar. Xanədanı yaşatmaq üçün yeni cavan və sağlam qüvvə lazım idi. Çarəsiz qalan qadınlar qohum iskit tayfalarından birini seçib, ildə bir dəfə,  yaz aylarında dağlardan enərək həmin tayfada üç gün qonaq qalıb subay sevgili tapmaq və nəsil artırmaq qərarına gəlirlər. Beləliklə, hər il 18-40 yaş arasında olan amazonlar düzənə enir, 3 gün izdivac dövrü keçirdikdən sonra yenidən dağlara, öz xanədanlarına qalxaraq övlad gözləyirdilər.

 

Kişi cinsinə amansız divan tutan amazonlar

hətta doğma övladlarına...

Ancaq doğulan uşaq oğlan olduqda onu müxtəlif tale gözləyirdi: ya öldürülür, ya da böyüyəndə aşpaz və çəkməçi kimi işlətmək üçün ayaqları sındırılaraq şikəst edilirdi. Ən yaxşı halda isə iki yaşına çatanda atalarına qaytarılırdı. Qızlara gəldikdə isə təbii ki, vəziyyət tamam fərqli idi. Amazonlar qız uşaqlarını özləri ilə saxlayır, onları əsl döyüşçü kimi böyüdürdülər.

Amazonların izlərinə təkcə qədim tarixçilərin yazılarında yox, nisbətən sonrakı illərin yazılarında da rast gəlmək olur. Hazırda onların mövcudluğu haqqında maddi sübutlar da var.

 

Amazonlar Azərbaycanda

Azerbaycanın qerb, şimal-qerbinde, Alazan ve Zeyem çayları boyunca, hemçinin, Qebele, Şeki, Zaqatala, Balaken erazilerinde tapılmış e.e III-V esrlere aid edilen qebirlerde maraqlı bir hal müşahide olunmuşdur. Hem kişi, hm de qadın qebirleri bir qayda olaraq şimal qerb, cenub-şerq istiqametinde qazılmışdır. Mesle burasındadır ki, mehz bu mezarlardan bezek ve meişet eşyaları: sırğa, qadın üzüyü, sümük daraq, bürüncden tökülmüş bilerzikler, pulcuqlarla bezedilmiş qedın baş bezeyi, meişet qab-qacaqları, Parfiya dövrüne aid mis, gümüş, qızıldan döyülmüş sikkelerle yanaşı, herbi silah sursat: qısa skif qılıncları ve daha çox üstünlük verdikleri “labyris” adlanan döyüşçü baltaları, hetta yeher-qayışların qalıqları da tapılmışdı.

 

....fani dünyada döyüşçü sahibəsinə xidmət etmiş silahlar, axirətdə də onu müşayiət edirdi...

...çünkü onlar AMAZONLAR idilər...

...gözəl xanımlar dəstəsi...

 

 

Ülviyyə Filiyeva /TELEBE.AZ/

Категория: Qeyri Adi | Просмотров: 1098 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
18.01.2012
1. cifrovietovary.narod.ru [MÖVZULAR]
Электронные аукционы и торговые площадкиhttp://cifrovietovary.narod.ru/.. Электронные торги – это открытый аукцион на поставку товаров и услуг

Имя *:
Email *:
Код *: