Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 04.05.2024, 11:25
Главная » 2008 » Май » 23 » Azərbaycan Gənclər və İdman Nazirliyi
Azərbaycan Gənclər və İdman Nazirliyi
22:56

“Sərhədləri aşaraq gənclərin mədəniyyətlərarası fəaliyyəti” mövzusunda beynəlxalq konfrans
19.11.2007 | Babayev Fuad


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan olunması ilə bağlı təsdiq edilmiş tədbirlər planının 33-cü bəndinin icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsi və “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi ilə birgə 23-28 oktybar 2007-ci il tarixlərdə “Sərhədləri aşaraq gənclərin mədəniyyətlərarası fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransın keçirilməsinə hazırlıq cari ilin mart ayından başlanılmış və 10-15 aprel 2007-ci il tarixlərdə Madrid şəhərində “UNİTED Dözümsüzlüyə Qarşı” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı işçi qrupun tərkibi müəyyənləşdirilmişdir. İşçi qrupuna Azərbaycandan “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi, Yunanıstandan Nasizm Əleyhinə Təşəbbüs Təşkilatı, Rusiyadan Qaçqın və Miqrantlara Vətəndaş Yardımı Komitəsi, Bosniya və Herseqovinadan İnkişaf və Əməkdaşlığa Təşəbbüs Təşkilatı, Böyük Britaniyadan Milli Azlıqların Hüquqlarının Beynəlxalq Qrupu, Rumıniyadan Sülh üçün Gənclər Hərəkatı, Kiprdən Kipr Gənclər Təşkilatı və UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsi daxil edilmişdir.
Konfransda iştirak etmək məqsədilə Avropanın 40-dan çox ölkəsindən 200-ə yaxın gənclər təşkilatlarının nümayəndələri müraciət etmişlər.
Müraciətlərə işçi qrupu tərəfindən baxılaraq, gender balansı qorunmaqla Azərbaycan da daxil olmaqla 32 ölkədən 80 nəfər seçilmişdir.
24 oktyabr 2007-ci il tarixdə “Park İnn” mehmanxanasının “Dan Ulduzu” zalında dövlət orqanlarının nümayəndələrinin, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin, gənclər təşkilatlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə konfransın rəsmi açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin direktoru Geert Ates, “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri Anar Süleymanov çıxış etmişlər. Aşılış mərasimində Avropa Şurasının “Hər kəs fəqli, hər kəs bərabər” Ümumavropa Gənclər Kampaniyasının təqdimatı olmuşdur. Sonra konfrans öz işini Novxanıda yerləşən “AF-Hotel” mehmanxanasında davam etdirmişdir. Ümumiyyətlə konfransın plenar və işçi qruplarının iclasları “AF-Hotel” mehmanxanasında keçirilmişdir.
Proqrama əsasən Avropada islamofobiya və anti-semitizm aktları, faşizm və millətçiliklə mübarizə, din və demokratiya, Avropada və xüsusilə də Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, münaqişənin həlli istiqamətində görülən işlər barədə də ətraflı müzakirələr aparılmışdı.
Qeyd edək ki, konfransın əsas partnyoru mənzil-qərərgahı Hollandiyanın Amsterdam şəhərində yerləşən UNİTED – Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsi olmuşdur. Bu şəbəkə Avropada irqçilik əleyhinə ən böyük qurumdur və 49 ölkədən 560-dək qeyri-hökumət təşkilatını özündə birləşdirir. UNİTED-in əsas məqsədi Avropada irqçilik, millətçilik, faşizm və diskriminasiyaya qarşı mübarizə aparmaq, qaçqınlara və miqrantlara yardım göstərməkdir. Şəbəkəyə üzv olan təşkilatlar hər il martın 21-də irqçilik əleyhinə, iyunun 20-də qaçqınlara dəstək naminə, noyabrın 11-də isə faşizm və anti-semitizm əleyhinə kampaniyalar keçirir.
Qeyd olunmalıdır ki, konfrans Gənclər və İdman Nazirliyinin və Avropa Gənclər Fondunun ayırdığı vəsait hesabına maliyyələşdirilmiş və Xarici İşlər Nazirliyi tərəfindən bütün iştirakçılara pulsuz vizanın verilməsi təmin edilmişdir.
Konfrans çərçivəsində “Azərbaycan gecəsi” keçirilmiş, iştirakçıların ayrı-ayrı vaxtlarda Bakı şəhərinə və Qobustana tanışlıq turları təşkil edilmişdir.

 

Прикрепления: Картинка 1
Просмотров: 888 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
18.01.2012
1. 926339.ru [MÖVZULAR]
http://926339.ru/?top=135&page=16 Наши питомцы живут в большой любви рядом с нами. Они имеют отличное здоровье, прекрасный характер, хороший уход и нужное им ветеринарное обслуживание. В родословных наших собак сосредоточены крови лучших Чемпионов мира. Наши щенки выращены на экологически чистых кормах.

Имя *:
Email *:
Код *: