Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 23.07.2017, 15:32
Главная » 2008 » Май » 9 » Azərbaycan gənclər fondu ????????
Azərbaycan gənclər fondu ????????
18:41
Haqqımızda

Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi Şimali İrlandiya İcma Fondu (ŞİİF) və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamışdır. Azərbaycan Gənclər Fondu, gənclər tərəfindən idarə olunan yeni layihə təşəbbüsüdür.

Bu pilot proqram ŞİİF-nun Birləşmiş Krallıqda, Şimali İrlandiya və Balkan ölkələrindəki təcrübəsindən istifadə edərək, gənclər tərəfindən idarə olunan gənclər komitələrini yaratmaqla Gəncə, Göyçay, Şəki, Quba, Lənkaran və onlara yaxın olan qonşu rayonlarda fəaliyyət göstərəcək. Bu komitələr, Avrasiya Fondu və yerli icma rəhbərlərinin yardımı ilə gənclərin ən yaxşı ideyalarını dəstəkləmək üçün kiçik layihələrin icrasına nəzarət edəcək və öz icmalarına fayda verəcəkdir. Bu əhəmiyyətli proqram 5 regionda - Şəki, Gəncə, Göyçay, Quba və Lənkəranda gənclər tərəfindən idarə olunan qrant komitələri tərəfindən gənclər layihələrini dəstəkləmək məqsədi ilə maliyyə mənbələri yaradır.

Gənclər Fondu layihəsi ona görə əhəmiyyətli proqramdır ki, Fondun idarə olunması, icmanın ehtiyaclarının əsas götürülməsi və layihə təkliflərinin maliyyə yardımı alması haqqında gənclər özləri müstəqil qərar çıxaracaqlar.

Gənclər Fondu, eyni zamanda regiondakı gənclərin peşəkar bacarıqlarını inkişaf etdirəcək və maddi resursların birbaşa onlar tərəfindən idərə olunması üçün imkanlar yaradacaqdır. Bu da gənclərin öz icmalarına fayda verməyə imkan yaradacaq və gənclər üçün əhəmiyyətli sayılan layihələrin həyata keçirilməsinə zəmanət verəcəkdir.

Gəncə, Göyçay, Şəki, Quba, Lənkaranda yaradılmış hər beş Gənclər Fondunu idarə etmək üçün 7 nəfərdən ibarət İdarəetmə komitəsi formalaşdırılmışdır.

Bu komitələr, icmanı qiymətləndirmə prosesini həyata keçirmək üçün, tanışlıq sənədlərinin işlənib hazırlanması, layihə təkliflərinin qiymətləndirilməsi, idarə olunması və ləyihə nəticələrinin qiymətləndirləsi də daxil olmaqla proqramın həyata keçirdiyi müddətdə Avrasiya Fondundan texniki dəstək alacaqdır.

Proqram çərçivəsində Azərbaycan Gənclər Fondlarının nümayəndələri Belfast və Birləşmiş Krallığın Gənclər Fondları ilə yaxın əməkdaşlıq əlaqələri qurmuş və təcrübə mübadiləsi aparmaq üçün 10-20 aprel 2007 ci il tarixdə Birləşmiş Krallığa səfər təşkil etmişlər.

Avrasiya Fondu tərəfindən həyata keçirilən Azərbaycan Gənclər Fondu Proqramı Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2009-cu ilədək öz fəaliyyətini genişləndirir. Gənclər Fondu Gənclər və İdman Nazirliyi ilə strateji tərəfdaşlıq edir və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Lodestar Fondu tərəfindən maliyyə dəstəyi alır. Proqramının birinci mərhələsində 18 – 30 yaş həddində olan 35 gəncin təmsil olunduğu Gənclər Fondları tərəfindən 12.000 ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılmış və regionlarda gənclərin icma həyatında fəal iştirakına təmin edən 28 uğurlu layihə həyata keçirilmişdir. Gənclərin Qrant Komitələri Lənkəranda narkomaniyaya qarşı yönələn müxtəlif kampaniyalara, Qubada rəsm müsabiqələrinə, Gəncədə məşğulluq ilə bağlı təlim kursuna, Göyçayda qızlar kafesinin açılmasına dəstək olmuşdur.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yardımı ilə Avrasiya Fondu Gənclər Fondu Proqramını daha da genişləndirərək növbəti 2 ildə daha yeni 5 regionda Gənclər Fondları yaradacaqdır. Layihə çərçivəsində hal-hazırki proqram iştirakçıları üçün Gənclər Fondlarında gələcəyin təlimçiləri və liderləri kimi yetişdirilməsi məqsədi ilə təlimçilər üçün təlim (ToT) proqramı təşkil olunacaqdır, həmçinin Gənclər Fondunun Məsləhət Şurası da yaradılacaqdır ki, burada bütün Fondlardan bir nümayəndə təmsil olunaraq gələcək planlar, zəruri yeniliklərlə bağlı Avrasiya Fonduna rəy və təkliflər təqdim edəcəkdir.

Colin Wells, Böyük Britaniya səfirliyinin Azərbaycandaki rəsmi nümayəndəsi bildirmişdir: “Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi Avrasiya Fondunun həyata keçirdiyi Gənclər Fondunun Azərbaycanın gələcək qərar qəbul edənlərini fəal sürətdə öz icmalarının problemlərinin həll olunmasına cəlb olunması imkanlarının yaradılmasını olduqca yüksək qiymətləndirir. Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi Avrasiya Fondu və Azərbaycan Hökuməti ilə birgə bu proqramın davam etdirilməsindən məmnunluq duyur”.

Camal Şahverdiyev, Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyinin ölkə üzrə Direktoru bildirmişdir: “Bu proqramın xüsusiliyi ondan ibarətdir ki, kiçik qrant proqramların idarə olunması ilə gənclər, biliklərə və liderlik keyfiyyətlərinə yiyələnirlər. Gənclər Fondu Proqramına gənclərin cəlb olunması onlara öz icmalarına müsbət təsir etmək üçün mühüm imkanlar verir”

Gənlər Fondu haqqında geniş məlumat əldə etmək üçün Avrasiya Fondu Azərbaycan Nümayəndəliyinin əməkdaşı Qurban Kərimbəyli ilə əlaqə saxlaya bilərsiniz.

Avrasiya Fondu/Azərbaycan

C.Cabbarlı küçəsi, 44, Caspian Plaza Bakı, Azərbaycan, AZ 1065

Tel.: (+99412) 437 29 40/41/42/43

Fax: (+99412) 437 29 44

URL: www.eurasia.org

www.youthfund.az

E-mail: qkarimbayli@efazerbaijan.org

Просмотров: 771 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
18.01.2012 Спам
1. 926339.ru
Поздравления с днем рождения, днем свадьбы, юбилеем в стихах на заказ, напишут профессиональные авторы за короткий срок. http://926339.ru/?top=32

Имя *:
Email *:
Код *: