Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 25.04.2024, 10:03
Главная » 2008 » Июнь » 19 » Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi ƏSASNAMƏ
Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi ƏSASNAMƏ
12:42

Azərbaycan Respublikası Təhsil Nazirinin
264 saylı 20.04.2006-cə il tarixli əmri ilə
təsdid olunmuşdur.


Ali təhsil müəssisələrində kredit sistemi ilə
tədrisin təşkili barədə nümunəvi
ƏSASNAMƏ

Ümumi müddəalar
1.1   Ali təhsil müəssisəsində kredit sisteminin tətbiqi onun Elmi Şurasının qərarı
əsasında həyata kecirilir.
1.2  Kredit sistemi əsasında təşkii olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
•  hər bir tələləənin fərdi tədris planının olması və onlarm bu planın tərtibində iştirakı;
•   tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
•   təhsil prosesinə tədris məsləhətçilərin (tyütor) cəlb olunması və onların bu prosesdə hər tələbəyə köməkliyi;
•   tədris prosesinin lazımi çap materialları və onlann elektron versiyaları ilə
təminatı;
•   tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
1.3   Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşküi qaydaları ilə tanış etməlidir.
2.Təhsil prosesinin tədris-metodiki təminatı
2.1. İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət Təhsil Standartlarına müvafıq olaraq kredit sisteminə uyğunlaşdırılmış tədris planı və fənn proqramları əsasında həyata keçirilir.
2.2 Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:
•   istiqamətin (ixtisasın) tədris p]anı (forma 1);
• istiqamətin (ixtisasın) tədris planı və tələbələrin fərdi tədris planlanna uyğun hazırlanmış illik işçi tədris planları (forma 2);
•   istiqamətin (ixtisasm) tədris pianı əsasında hazırlanmış tələbənin fərdi tədris planı (forma 3);
•  müəllimlərin tədris yükünü müəyyən edən müəllimlərin işçi tədris planları (forma 4);
2.3 Kredit sistemində təhsil alanlar üçün semestrlər üzrə auditoriya dərsləri bütün ixtisaslar üzrə 15 həftə müəyyən olunur. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 akademik saata (başqa sözlə, hər bir fənnə semestrdə ayrılan həftəlik dərs yükünün 1 saatı bir kreditə) bərabərdir.
2.4  Buraxılış işlərinin hazırlanmasına və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə iki kreditə bərabərdir.
2.5 Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bu zaman həftəlik dərs yükii bir qayda olaraq 30 saatı aşmamalıdır, Bundan əlavə tələbəyə hər semestrdə (birinci tədris İ3i istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçınəyə icazə verilir. Tələbələrə yuxandan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan kəsiri qalan tələbələr üçün fənnlər seçmək hüququ verilir.
Əlavə (yuxandan) fənnlər almaq hüququna yalnız əvvəlki illərdə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.
2.6 Tədris planında fənnlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
a) məcburi və ardıcıl öyrənibn fənnlər qrupu;
b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənnlər qrupu;
c) tələbələrin öz seçimi əsasında öyrənilən fənnlər qrupu;
2.6.1 Bu qruplara baza təhsil proqramlarına daxil olan bütün fənn bölümlərindəki fənnlər daxil edilə bilər.
2.6.2  «a», «b» və «c» fənn qrupları arasında dərs yükünün mütənasibliyi hər bir istiqamət (ixtisas) üzrə Dövlət Təhsil Standartlarının tələbləri gözənilməklə ali məktəbin Elmi Şurası tərəfmdən müəyyən olunur.
2.6.3 «a» qrupunun fənnləri tələbənin kursunun, tədris birləşmə və qruplarmın müəyyənləşdirilməsində əsas rol oynayır.
2.7 Kredit sistemi tətbiq olunan yaxın istiqamətlər (ixtisas) üzrə tədris planları hazırianarkən onlann maksimum şəkildə unifikasiyasma nail olunmahdır.
2.8 Hər tədris ili üçün tələbələrin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə onlarm özləri tərəfındən tərtib olunur. Bu zaman tədris məsləhətçisinin (tyütor) köməyindən də istifadə oluna bilər. Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin seçilməsində öz təkliflərini verir (müəllimiərin vəzifəiəri, elmi dərəcələri və elmi adları göstərilməklə). Həmin planlar təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunur, onların bir nüsxəsi tələbədə, bir nüsxəsi (və ya elektron versiyası) isə fakültədə saxlanılır. Tələbələrin fərdi planlan tərtib olunarkən nəzərə alınmalıdır ki, kreditlərin sayı semestr ərzində 38-i aşmamalıdır. Müəllimlərin illik dərs yükünün hesablanması üçün tutulan işçi tədris planı istiqamətlər (ixtisaslar) üzrə illik işçi tədris planlarının və tələbələrin fərdi planlarının təhlili əsasında hazırlanır.
2.9  Ali təhsil müəssisəsi bütün tədris prosesinin metodiki təminatına məsuliyyət daşıyır. Hər istiqamət (ixtisas) üzrə ali məktəb aşağıdakı sənədləri hazırlamalıdır:
•   bütün fənlər üzrə proqramlar;
•  hər bir fənn üzrə mühazirə mətnləri, seminar məşğələlərin planları, dərslərin icmalları və s;
•   tələbənin biliyinə nəzarət üçün materialları (yazılı yoxlama işləri, testlər və oniarm elektron versiyaları, hər bir fənn üzrə imtahan biletləri);
• təcrübə işləri üçün materiallar (təcrübənin aparılması üçün plan və proqramlar, hesabatlarm hazırlanma forması).
3.Tələbələrin fərdi tədris planlarının tərtibi qaydası
3.1 Ali təhsil müəssisəsi tədris prosesini elə təşkil etməlidir ki, tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaradılsın.
3.2  I kursa qəbul olunan tələbələr üçün fakültə tərəfindən fərdi tədris planı hazırlamr. Tələbə sentyabrm 10-na qədər həmin işçi tədris planını almalıdır. Sentyabrın 15-nə qədər tələbə fərdi tədris planlarında müvafiq düzəlişlər edə bilər. Sonradan fərdi planlarmda heç bir dəyişikliklərin aparılmasına icazə verilmir.
3.3  Növbəti tədris ilində tələbələr istiqamətin (ixtisasın) tədris planı əsasında öz fərdi tədris planını hazırlayır, lazımi hallarda tədris məsləhətçisi ilə bu barədə məsləhətləşmələr aparır, onu imzalayır, tarix qoyur və 25 iyun -10 iyul tarixə qədər dekanlığa təqdim edir. Bu tədris planlarına tələbə növbəti tədris ilinin sentyabrın 10-na qədər öz düzəlişlərini edə biiər. Sonradan fərdi tədris planında dəyişiklik aparlımasına icazə verilmir.
3.4 Fənnin tədrisi bütün növlər üzrə (mühazirə, məşğələ, seminar, laboratoriya dərsləri və s.) bir qayda olaraq eyni bir müəllim tərəfindən aparılır. Dil dərslərinin tədrisi, qrafik işlərlə bağlı məşğələlər və laboratoriya dərslərində qruplarda tələbələrin sayı mövcud normativlərə uyğun müəyyənləşdirilir və bu işə müstəsna hallarda assistent müəllimlər də cəlb oluna bilərlər.
3.5 Ali təhsil müəssisəsi öz iqtisadi və təşkilati imkanlarını nəzərə alaraq hər bir fənnin tədrisinə başlanması üçün mövcud normalar gözlənilməklə tələbələrin minimal sayını və hər bir müəllinrüçün tədris qrupunda olan tələbələrin maksimal saymı müəyyənləşdirir. Əgər hər hansı bir fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa həmin fənn işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafıq dəyişikliklər aparır və bu haqda dekanlığa ınəlumat verir.
3.6 Bir müəllimi seçənlərin sayı müəyyən olunmuş maksimum həddən çox olarsa ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edilir. Tələbələr qruplar üzrə siyahının ardıcıllığına görə bölünürlər. Bu qruplar təşkil olunarkən tələbələrin fərdi tədris planlarına müvafıq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil ədilə bilər.
3.7 Növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun növbəti kursda təhsili ali məktəb üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir.
3.8  Ali məktəb növbəti tədris ili üçün işçi tədris planlarını və dərs cədvəlini tələbələrin fərdi tədris planların təhlili nəticəsində tərtib edir.
4.Fənnin mənimsənilməsinin nəzarət sistemləri
4.1  Tələbələrin biliyinin attestasiyası Təhsil Nazirliyinin 15.05.2003-cü il tarixli 420 saylı əmri ilə təsdiq olunmuş «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun təşkil edilir.
4.2   Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənnlər daxil edilirlər.
4.3   Tələbə akademik müvəffəqiyyətsizliyinə görə ali təhsil müəssisəsindən aşağıdakı hallarda xaric oluna bilər:
• cari tədris ilində «a» qrupuna daxil olan fənnlərdən müəyyən olunmuş krediti yığa bilmədikdə və növbəti tədris ilində bu fənnlərdən təkrarən həmin krediti qazana bilmədiyi halda;
•  bakalavr hazırlığı üçün nəzərdə tutulmuş müddət ərzində müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməyəcəyi müəyyən olunduğu halda;
4.4   «c» qrupuna daxil olan fənnlərdən tələbə müəyyən olunmuş krediti yığa bilməzsə növbəti tədris ilində o həmin fənni fərdi tədris planına daxil etməlidir. Əgər tədris qrupu yığılmazsa onda tələbə «c» qrupuna daxil olan digər fənni seçə bilər.
4.5  Tələbə fənni ikinci dəfə götürdüyü zaman həmin fəndən dərsbrdə iştirak etməlidir. Bu zaman fənndən asılı olaraq davamiyyət həddi təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
4.6 İstiqamətdən (ixtisasdan) asılı olaraq tələbələrə təhsii müddətində 200-250 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin minimum həddi tələbə tərəfindən yığılması məcburidir.
4.7 İstiqamət (ixtisas) üzrə təhsil müddəti müvafıq Dövlət Təhsü Standartları əsasında hazırlanmış tədris planı ilə müəyyənləşdirilir, Tələbə həmin müddətdə müəyyən olunmuş krediti yığa bilməzsə o, sonrakı üç il müddətinə həmin kreditləri yığa bilər. Bu zaman əgər tələbə həmin 3 (üç) ilin birinci ilində iazımi krediti yenə də yığa bilməzsə o, tələbələr üçün müəyyən o]unmuş bütün imtiyazları itirir. Lakin, o, təhsilini davam etdirə bilər.
4.8  Ödənişsiz əsaslarla təhsil alan tələbə tədris planında nəzərdə tutulmuş müddətdən əlavə verilmiş 1 (bir) il müddətində də ali təhsil müəssisəsini bitirmək üçün müəyyənləşdirilmiş krediti yığa bilmədiyi halda o, imtiyazlarını itirdiyi üçün sonrakı təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər.
5.Kredit sistemi ilə təhsii alan tələbələrin hüquq və vəzifələri
5.1  Tələbələr ali təhsil müəssisəsində kredit sisteminin tətbiqi ilə bağlı qaydalarla və tədris prosesinin təşkili barədə bu əsasnamə ilə tanış olmaq hüququna malikdir]ər.
5.2  Tələbələr fərdi tədris planlarmı müəyyənləşdirərək bu əsasnamənin qaydalarına riayət etməlidirlər.
5.3 Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədis olunan fənləri mənimsəməyə borcludur.
6.Tədris məsiəhətçiləri (tyütorlar) xidməti
6.1 Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsiəhətçilər (tyütorlar) xidməti təşkil olunur.
6.2 Tyütor xidmətini fakültə dekanlıqlarınm nəzdində yaradılması məqsədəmüvafıqdir. Tyütorİarm sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir (hər 100 tələbəyə 1 tyütor)
6.3 Tyütor öz işini bir qayda oiaraq bir istiqamət (ixtisas) çərçivəsində həyata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstərir.
6.4 Tyütorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.
6.5   Tyütor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
6.6   Tyütorların funksional vəzifələri:
6.6.1  Tyütorlar tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edirlər.
6.6.2 Tyütorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.
6.6.3 Tələbələrin fərdi və işçi planlarının tərtibi üçün tyütorlar onlara qrup və fərdi məsləhətlər verirlər.
6.6.4   Tyütorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər.
6.6.5 Tyütorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisasiar) üzrə işçi planlarının tərtibində iştirak edirlər.
6.6.6  Tyütorlar tələbələrə fərdi tədris pianlarında dəyişikliklər aparmasına yardım göstərirlər.
6.6.7 Tyütorlar istiqamət (ixtisaslar) üzrə təhsil almaq üçün lazım olan bütün metodik materiallarm vaxtında hazırlanmasına və mövcudluğuna nəzarət etmək hüququna malikdirlər.
6.6.8 Tyütorlar tələbələrin fənlər üzrə attestasiyalarının keçirilməsinə nəzarət edir və ali məktəbin rəhbərliyi tərəfındən təşkil olunan nəzarət komissiyalarınm işində iştirak edə bilərlər.
Azərbaycan Respublikası 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin Beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Boloniya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı diploma ümumi Avropa əlavəsi vermək, bütün Akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır.
Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunur və sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Çünki bu sistem tələbəyə yüksək səviyyədə biliklər əldə etməyi və yüksək hazırlıqlı mütəxəssis kimi yetişməyi nəzərdə tutur.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da aşağıdakı üstünlükləri vardır:
• Bolonya prosesinə qoşulmuş dövlətlər tərəfindən  Azərbaycanın kredit sistemi ilə təhsil alan ali məktəblərinin diplomunun  tanınması;
•  hər bir tələbənin bu sistemlə mütəxəssis hazırlığını həyata keçirən istənilən xarici və yerli  təhsil ocaqlarında təhsilini davam etdirmək hüququ;
•  hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
•  tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
• tədris prosesinə məsləhətçilərin (tyütor) cəlb olunması və onların hər tələbəyə təhsil alma prosesində köməkliyi;
• tədris prosesinin bütün lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
•  tədris müəssisəsin normativdə nəzərdə tutulmuş müddətdən tez və gec bitirmək imkanı və s. göstərmək olar.
  
Kredit sistemi haqqında nələri
bilmək zəruridir:
 Kredit sistemi ilə mütəxəssis hazırlığında əsas dövlət sənədləri Azərbaycan Respublikası Təhsil Nazirinin 264 nömrəli 20.04.06-cı il tarixli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə», istiqamətlər (ixtisaslar) üzrə Dövlət təhsil standartlarına müvafiq tərtib olunmuş tədris planları və fənn proqramlarıdır.
             Kredit sisteminin tədris planı adi sistemin tədris planından aşağıdakılarla fərqlənir:
- bölmələr üzrə fənnlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə «a», «b» və «c» qruplarına bölünürlər:
a) məcburi və ardıcıl öyrənilən fənnlər qrupu;
b) məcburi,lakin ardıcıllığı vacib olmayan  fənnlər qrupu;
c) tələbələrin öz seçimi əsasında öyrənilən fənnlər qrupu.
- hər fənnin akademik həcmi saatla bərabər kreditlə də göstərilir;
-tələbələrin təcrübələrinin keçirilməsi və buraxılış işlərinin hazırlanmasına sərf olunan akademik yüklərin həcmi də kreditlə müəyyən edilir;
- bir neçə, semestr ərzində tədris olunan fənnin akademik yükü hər semestrdə ayrı-ayrı kreditlə müəyyənləşdirilir;
- tədris planında fənnin tədris ardıcıllığı kurslarla deyil semestrlər üzrə müəyyənləşdirilir.
Fənnin tədrisinə ayrılan akademik yükün hər 15 saatı 1 (bir) kreditə bərabərdir. Məsələn, «Biznesin təşkili və idarəedilməsi» fənninin tədrisinə ayrılmış ümumi 120 saat yük üçün kreditin sayı 120:15=8-dır. Deməli « Biznesin təşkili və idarəedilməsi » fənninin tədrisi 8 kreditlə ölçülür. Bu qayda ilə fənnin tədrisinə həftəlik 2 saat ayrılarsa, semestr ərzində fənn 30 saat tədris edilir, bu da 2 kreditə bərabər olur. Beləliklə, semestr ərzində fənnin tədrisinə həftəlik ayrılan dərs yükünün saatı həmin həcmdə kreditə bərabər olur.
Qeyd etmək lazımdır ki, tədris planında buraxılış işlərinin yerinə yetirilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftədə yerinə yetirilən işlərin həcmi də 2 kreditlə qiymətləndirilir.
Kredit sistemində fənni bitirməyin əsas şərti tədris planında fənnin tədrisinə ayrılan ümumi  kreditin qazanılmasıdır.
Bakalavr pilləsini bitirmək üçün istiqamətindən (ixtisasından) asılı olaraq tədris planlarında mütəxəssis, hazırlığının başa çatması üçün məcburi kreditlərin sayı göstərilir. Mütəxəssis dərəcəsinin qazanılması üçün yekun kreditin sayı aşağıdakı ifadə ilə təyin olunur:   
       A - C 
K= ----------+ 2B + 2T,
          15
burada A - tədris planında bütün fənlərin tədrisinə ayrılan akademik yükün miqdarı, saatla; C - kreditlə qiymətləndirilməyən xüsusi fənlərin, məsələn «bədən tərbiyəsi»nin tədrisinə ayrılan akademik yükün miqdarı, saatla; B və T uyğun olaraq buraxılış işinə və təcrübələr ayrılan həftələrin sayıdır.
Tədris planında normativ müddət kimi nəzərdə tutulmuş 4 il ərzində yekun məcburi krediti qazana bilməyən tələbəyə sonrakı 3 il müddətində həmin kreditlərin yığılmasına imkan verilir. Belə halda tələbə 3 ilin birinci ilində lazımi krediti yenə də yığa bilməzsə o, nəzərdə tutulmuş imtiyazları (hərbi xidmətdən azad olunmaq, təhsil haqqından azad olunmaq və s.) itirir və təhsilini daha 2 il ərzində yalnız ödənişli əsaslarla davam etdirə bilər.
Kredit sistemində tələbənin sərbəstliyi deyildikdə aşağıdakılar başa düşülür:
- özü tərəfindən tərtib olunmuş «Fərdi tədris planı» ilə təhsil alması;
- fənnin və müəllimin seçilməsi;
- normativ müddətdən tez və ya gec ali təhsil müəssisəsini bitirməsi;
- yuxarı kurslardan fənləri mənimsəyə bilməsi.
Hər tədris ili üçün tələbə tərəfindən istiqamətin (ixtisasın) tədris planları əsasında fərdi tədris planları tərtib edilir, imzalanır, tarix qoyulur və 25 iyun-10 iyul tarixinədək 1 nüsxəsini özündə saxlamaq şərtilə fakultə dekanına təqdim edilir.
I kursa qəbul olunan tələbələr üçün fərdi tədris planı fakultə tərəfindən hazırlanır və tələbəyə sentyabrın 10-dək təqdim edilir.
«Tələbənin fərdi tədris planında» aşağıdakı hallarda dəyişiklik edilə bilər:
- I kursa qəbul olunmuş tələbələr üçün fakultə dekanı tərəfindən hazırlanmış və tələbəyə sentyabrın 10-na qədər təqdim olunan «fərdi tədris planında» sentyabrın 15-nə qədər;
- növbəti tədris illəri üçün tələbələr tərəfindən hazırlanmış «fərdi tədris planları»na sentyabr ayının 10-a qədər;
Aşağıdakı hallarda da «fərdi tədris planı»nda dəyişiklik edilə bilər:
- əgər hər hansı bir fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda;
- hər hansı səbəbdən «c» bölümündən fənnin dəyişdirilməsində;
- yuxarı semestrlərdən fənnin mənimsenilnıəsinin mümkün olan hallarında.
Fənlərə ayrılmış kreditlərin vaxtında qazanılması üçün tələbələr aşağıdakı şərtlərə ciddi riayət etməlidirlər:
- dərslərə müntəzəm davam etmək;
- universitetə daxil olduqları andan «tələbə vəsiqəsi»- ni yaxalarından asmalıdırlar. Belə olmazsa həmin tələbə Universitetin auditoriyalarına buraxılmır
- tədris prosesində fənləri dərindən mənimsəmək üçün mühazirə mətinlərini tələb olunan səviyyədə tərtib etmək, ev tapşırıqlarını və laboratoriya işlərini vaxtında yerinə yetirmək, tədris planında nəzərdə tutulmuş kurs layihələrini və diplom işini vaxtında hazırlayıb müdafiəyə təqdim etmək;
- semestr ərzində tədris fəaliyyətinə mütəmadi olaraq özünənəzarətin aparılması və imtahana qədər fənnin mənimsənilməsi ilə bağlı fəaliyyətinin maksimum balla qiymətləndirilməsinə nail olmaq;
- tələbələr üçün tərtib olunımış «tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında yaddaşı» dərindən öyrənmək və orada qeyd olunanlara ciddi riayət etmək.
Hər bir tələbə dərsin keyfiyyətli keçməsinə auditoriyada şərait yaratmalı, dərsin gedişinə mane olmamahdır.
Tədrisin gedişi zamanı hər hansı müəllim öz davranışı və ya biliyi ilə auditoriyanı təmin edə bilmirsə, bu barədə tələbələr miitləq dekanlığa, Universitetin rəhbərliyinə məlumat vertnəlidirlər.
Deyilənlərlə yanaşı hər bir tələbə təmizliyə, səliqəyə diqqətli olmalıdır. Universitetin, o cümlədən fakültə auditoriyalarının maddi-texniki durumunun həmişə yaxşı qalmasına əhəmiyyət verməlidir. Tələbələr tərəfindən xarab olunan maddi- texniki baza - qapı, pəncərə, yazı lövhəsi, stol, stul üçün hər bir tələbə maliyyə cəhətdən cəzalandınlır. Maddi- texniki bazanı xarab edən şəxs müəyyon ediimədiyı balda həmin auditoriyada dərs keçmiş qrup və ya birləşmə cəzalandırılır. Belə xoşagəlməz halların qarşısının alınmasında hər bir tələbə, qrup nümayəndəsi, tədris edən müəllim bılavasitə yardımçı olmalıdılar. Aparılan təcrtibə məşğələlərinin və oxunan mühazirələrin daha da keyfiyyətliliyini təmin etrnəkdə dekanlıq tərəfindən hər gün təyin edilmiş novbətçilər yardımçı rolunu oynayırlar.
Tələbə tərəfindən fənlərə ayrılmış kreditin vaxtında qazanıla bilməməsinin əsas səbəbləri fənn üçün ayrılmış bütün dərs saatlarının 30%-dən çoxunda  iştirak etməmək və final imtahanından 50-dən aşağı bal toplamaqdır.
Kredit sistemində tələbələrin biliyinin qiymətləndirilməsi çoxballı sistem əsasında apanlır. Çoxballı sistemlə tələbənin biliyinin qiymətləndirilməsi, tələbənin tədris prosesində fəallığının və icra intizammm artınlmasmı, biliyin qiymətlendirilmesində subyektiv amillərin aradan çıxarilmasını və nəticədə fənlərin mənimsənilmə dərəcəsinin obyektiv qiymətləndirilməsini təmin edir. Biliyin qiymətləndirilməsinin çoxballı sisteminin mahiyyəti və onun haqqında ətraflı məlumat aşağıda verilmişdir.
Fakültə dekanlan tərəfindən sizə təqdim olunacaq «yaddaş»ı dərindən öyrənməli və fənnlərin mənimsənilməsina görə sizə veriləcək qiymətin ancaq və ancaq tədris prosesindəki öz fəallığınızdan asılı olmasını dərk etməlisiniz. Fənn üzrə biliyin qiymətləndirilməsinin müsbət halında fənnə ayrılmış krediti qazana biləcəksiniz.
Semestrdə tədris olunan fənn üzrə kreditiqazana bilməyən tələbə fənni yenidən mənimsəməlidir. Burada aşağıdakı hallara rast gəlinə bilər:
Tutaq ki, fənnin tədrisi bir neçe semestrdə nəzərdə tutulub (məsələn iqtisadi nəzəriyyə (iqtisada giriş, mikroiqtisad və makroiqtisad)  fənninin tədrisi bir neçə semestrdə nəzərdə tutulur). Əgər birinci semestrdə iqtisada giriş fənnindən imtahanın nəticəsində tələbənin yekun biliyi 50-dən aşağı balla qiymətləndirilirsə, onda tələbə fənnə ayrılan krediti qazana bilmir. Belə halda tələbənin ikinci semestrdə mikroiqtisadfənninin dərslərində iştirakına icazə verilmir. O, ancaq növbəti tədris ilində yenidən birinci semestrdə tədris olunan iqtisada giriş fənninin dərslərində iştirak etməli, onu yenidən mənimsəməli və krediti qazandıqdan sonra mikroiqtisad fənninin öyrənə bilər.
Tələbəyə yuxarıdan (yuxarı semestrlərdən) əlavə 8 kreditə bərabər 1 və ya 2 fənni seçməyə icazə verilir. Əgər tələbə fərdi tədris planma yuxarıdan krediti 8-ə bəraber olan 1 və ya 2 əlavə fənn də daxil edirsə, o həmin fənnlərin dərslərində iştirak etməlidir. Təbii ki, belə fənnlərin seçilməsində əsas şərt, onlara aid «a» bölümü üzrə baza fənlərindən kreditlerin qazanılmasıdır. Əlavə fənlər almaq hüququna yalnız əvvəlki illərdə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdir. Bu halda tələbə dərs cədvəlinə əlavə seçdiyi fənlərin tədrisi aparılan qrupun dərs saatlarını əlavə etməlidir.
QrupIar təşkil olunarkən tələbələrin fərdi tədris planlarına müvaflq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr də daxil edilə bilər. Yuxarıdan və aşağıdan (krediti qazanıla bilməyən fənn) fənnlərin mənimsənilməsi üçün kursundan və semestrindən asıh olmayaraq tələbə həmin fənlərin tədrisi aparılan qrup tələbələri sırasına daxil edilir və bu fənlərin dərslərində həmin qrupda iştirak edir.
Tələbə «c» qrupuna daxil olan fəndən kredit yığa bilmədikdə novbəti semestr və ya tədris ilində onu yeni «c» qrupu fənni ilə əvəz edə bilər.Buna görə də «c» qrupuna daxil olan fənlərdən tələbə müəyyən olunmuş krediti yığa bilməzsə növbəti tədris ilində o həmin fənni fərdi tədris planına daxil etməlidir. Əgər tədris qrupu yığılmazsa tələbə «c» qrupuna daxil olan digər fənni seçə bilər.
Kredit sisteminin tətbiqində təiəbənin təqaüd nıəsələsi  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 89 nömrəli, 30 iyun 2004-cü il tarixli qərarı ilə müəyyənlaşdirilir.
Tələbələrin akademik maraqlarını tyütor qoruyur və nıiidailə edirlər necə başa düşülməlidir? «Tyutorlann funksional vəzifələri: tyutorlar tələbələrin akademik maraqlannı qoruyur və müdafiə edirlər; tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
- tələbələrin fərdi və işçi planının tərtibi üçün tyutorlar onlara qrup və fərdi məsləhətlər verirlər. tyutorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər;
- tyutorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar) üzrə işçi planlarının tərtibində iştirak edirlər;
- tyutorlar tələbələrə fərdi tədris planlannda dəyişikliklər aparmasına yardım göstərirlər.
Ali təhsil müəssisəsinə istənilən ixtisas üzrə daxil olan tələbə tədris prosesini müvəffəqiyyətlə başa vurub, diplom əldə etmək istəyirsə, müəyyən edilmiş fənnlər üzrə kreditin qazanılmasını təsdiq edən imtahanlar verməlidir.
Dərs vaxtı auditoriyalardan tələbələrin azad olunaraq dəhlizlərdə gəzmələri qəti qadağandır.
Kredit  sistemi ilə təhsil alan hər bir tələbə həmçinin aşağıdakı  qaydaları  bilməlidir:
Maddə 1.Universitetə qəbul olunmaq üçün sənəd vermiş və qəbul imtahanlarından müvəffəq qiymətlər alaraq, müsabiqədən keçən abituriyentlərdən aşağıdakı sənədləri vermək tələb olunur: a) orta, orta ixtisas və ya ali təhsil almaları haqda sənədin əsli; b) imtahandan müvəffəq qiymət alıb tələbələr sırasına qəbul olmaları haqda imtahan aparan təşkilatın rəsmi sənədi; v) hərbi çağırışdan azad olmaları haqda (oğlanlar üçün) hərbi komissiariatın möhürlədiyi sənəd; q) pasport şəxsən təqdim olunur və müəyyən qeydlər aparılır; e) yeni çəkilmiş 6 ədəd 4x6 sm ölçülü fotoşəkil; c) sağlamlıq haqda tibbi arayış; k) pullu və qismən pullu təhsil alan tələbələrin bir illik təhsil xərclərini ödəmələri haqda qəbzin surəti.
Maddə 2.Universitetdə təhsil və tədris müddəti normal olaraq hər biri 15 həftədən ibarət olan payız və yaz yarımillərinə bölünməklə 8 semestrdir.
Maddə 3.Qeydiyyatdan keçən hər bir tələbəyə müvafiq  fakültə dekanlığı tərəfindən tələbə bileti verilir və dekanlıqda tələbənin şəxsi işi açılır. Şəxsi işə, tələbənin dərs və təhsili ilə əlaqədar lazım olan sənədlər daxil olur.
Maddə 4.Fakültədən ayrılan, çıxarılan , qeydiyyatdan silinən, məzun olan tələbələrdən geri alınan tələbə biletləri tələbələrin şəxsi işində saxlanılır. Tələbə biletinin itirilməsi zamanı yenisinin verilməsi üçün, tələbə biletinin itməsi haqqında bir qəzetdə elan verilməli və bu elanla birlikdə yeni tələbə biletinin verilməsi üçün ərizə dekanlığa təqdim olunmalıdır. Yenidən alınan bu sənədə lazımi məlumatlar dekanlıq tərəfindən yazılıb təsdiqlənir.
Maddə 5.Tələbələr hər ilin əvvəlində Fakültə Elmi Şurası tərəfindən müəyyənləşdirilən və dekanlığın elan etdiyi müddətdə yenidən qeydiyyatdan keçməlidirlər. Müəyyən olan tarixlərdə yenidən qeydiyyatdan keçməyən tələbələr dərslərə və imtahanlara buraxılmırlar. Bu tələbələrin tələbə biletləri təsdiq edilmir.
Müəyyən olunan müddətdə yenidən qeydiyyatdan üzürlü səbəblərə görə keçməyən tələbələr dekanlığa ərizə ilə müraciət edə bilərlər. Bu halda dekanlıq tərəfindən üzürlü olduqları qəbul edilən tələbələr, yarım ilin ilk iki həftəsi ərzində yenidən qeydiyyatdan keçərək, dərsləri seçməlidirlər. Üzürlü olduqları qəbul edilən tələbələr yenidən qeydiyyatdan keçmədikləri halda, gələn yarım ilə qədər heç bir dərsə yazıla bilməzlər. Ancaq qeydiyyatdan keçdikləri yarım il təhsil müddəti sayılır. Bir dərs ilinin ərzində icazə almadan və yaxud üzürlü bir səbəb olmadan yenidən qeydiyyatdan keçməyən tələbələr fakültədən xaric olunurlar.
Maddə 6.Qeydiyyatdan keçən tələbələr tədris planında o yarım il üçün müəyyənləşdirilmiş məcburi və seçim dərslərinə yazılmalıdır. Tələbə dərslərə yazılarkən öncə əvvəlki yarım ildən təkrarlanmaq məcburiyyətində olduqları dərslərə yazılmalıdırlar.
Maddə 7.Azərbaycanın və başqa dövlətlərin Ali məktəblərindən İqtisad Universitetinin istənilən fakültəsinə keçmə haqda ərizə daxil olduqda lazım olan bütün sənədlər müvafiq fakültə dekanlığı tərəfindən hazırlanır və rektorluğa təqdim edilir. Bu halda tələbənin əvvəl oxuduğu fakültənin keçmək istədiyi fakültəyə uyğunluğu, əvvəlki ali məktəblərdə və fakültədə keçirilən fənlərin bir-biri ilə müqayisəsi əsas götürülür. Əgər bunlar arasında tam uyğunluq varsa, tələbə müvafiq kursa götürülür. Əgər fərq 30%-ə qədərdirsə, tələbəyə fərq imtahanlarını verməyə möhlət verilərək uyğun kursa götürülür. Fərq 30%-dən çox olduqda tələbə bir kurs aşağıya götürülür.
Maddə 8.Xaric olunma:Tələbələr dekanlığın təqdimatına əsasən aşağıdakı hallarda rektorun əmri ilə universitetdən xaric olunurlar:
- İlk dəfə krediti qazanıla bilməyən «a» qrupuna daxil olmuş fənnlərdən, 2-ci dəfə krediti yığa bilmədikdə;
- AZDİU-nun daxili intizam qaydalarına riayət oluıımadıqda;
- bakalavr hazırlığı üçün nəzərdə tutulmuş müddət ərzində müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməyəcəyi müəyyən olunduğu halda;
- üzürsüz səbəbdən dərslərdə iştirak etmədiyi hallarda;
- son nəticədə bakalavr dərəcəsini almaq üçün tələb olunan normativ krediti yığa bilmədiyi hallarda.
- ödənişli  və qismən ödənişli qruplarda oxuyan tələbələr  axırıncı verilən müddətdə təhsil haqqını ödəmədikdə;
- tələbə universitetin daxili  nizam-intizam qaydalarını pozduqda;
- tələbə təhsildə pis nəticələr göstərdikdə.
Maddə 9.Fakültədə dərslər nəzəri və praktiki dərslərdən ibarətdir. Nəzəri dərslər 1 akademik (kredit) saatdır. Praktiki dərslər 1/2 akademik saatdır.
Maddə 10.Bir seçim dərsin aparılması üçün ən az 20 tələbə tərəfindən bu dərs seçilməlidir. Tələbələrin sayı 20-dən az olan halda Fakültə Elmi Şurasının xüsusi qərarı olmalıdır. Bu tədris ilində seçdiyi fəndən qeyri-məqbul olan tələbələr sonrakı tədris ilində istədikləri halda başqa bir seçim fənn seçə bilərlər.
Maddə 11. Hər hansı fəndən ilk dəfə əvvəlki tədris ilindən davamsızlıqdan qeyri-məqbul qiymətləndirilən tələbələr nəzəri və praktiki dərslərin ən azı 70%-nə, davam etmək məcburiyyətindədir. Bu şərti yerinə yetirməyən tələbələr semestrin axırında imtahana buraxılmırlar. 30%-dən çox dərs buraxan tələbələr universitetdən xaric olunurlar.
Maddə 12. Müvəffəqiyyət balı.Tələbələrin biliyi   100 ballıq sistem ilə qiymətləndirilir.Müvəffəqiyyət balı ən azı 50 baldır. Bu baldan az bal toplayan tələbələr qeyri-məqbul almış hesab olunur. Müvəffəqiyyət balı ara imtahanının 40%-i ilə, final yaxud yekun imtahan qiymətinin 60% ilə toplanıb hesablanır. Müvəffəq qiymət almaq üçün tələbənin final və ya yekun imtahandan aldığı qiymət ən azı 50 bal olmalıdır.
Maddə 13. Fakültədəki bütün imtahanlar (ara,  final və yekun imtahanları), fakültə dekanlığı tərəfindən hazırlanan və rektorluq tərəfindən təsdiqlənən imtahan cədvəlinə əsasən aparılır. Tələbələr imtahan cədvəlində göstərilən gün və saatlarda imtahana girməli və tələbə biletlərini özləri ilə gətirməlidirlər. Bu qaydaya riayət etməyən və yaxud təhsil haqqını ödəməyən tələbələr imtahanlara buraxılmırlar. İmtahanlar yalnız universitet binasının daxilində keçirilməlidir.
İmtahanlar yazılı şəkildə aparılır. Ancaq, əlil olan tələbələrin imtahanları, tələbələrin səhhəti nəzərə alınaraq, fakültə dekanlığının müəyyən edəcəyi formada aparılır. Yazılı, ara, final və yekun imtahan kağızları imtahan  aparılan tarixindən etibarən bir il müddətində saxlanılır, sonradan onlar aktlaşdırılaraq yandırılır.
Maddə 14. Ara imtahanları:Hər dərsdən, bir yarımildə ən azı bir ara imtahanı aparılır. Ara imtahanlarının hansı tarixdə və harada aparılacağı fakültə dekanlığı tərəfindən müəyyənləşdirilib elan edilir. Bir gündə, uyğun təhsil-tədris proqramının eyni yarım il üçün təklif etdiyi dərslərdən ən çox ikisinin ara imtahanı aparıla bilər. Ara imtahanlarina üzürlü  səbəbə görə gəlməyənlər üçün, üzürlü olduqlarını, imtahanın keçirilməsindən sonra yeddi təhsil-tədris günü ərzində bildirərsə və fakültə dekanlığı tərəfindən əlavə ara imtahanı müəyyənləşdirilə bilər.
Üzürsüz olaraq ara imtahanına gəlməyənlər və yaxud üzürlü olduqları dekanlıq tərəfindən qəbul edilməyən tələbələrin ara  imtahan qiyməti «sıfır» hesab olunur və tələbənin yekun qiyməti bundan asılı olaraq hesablanır. Tələbə dərslərə davamlıdırsa, ara və yaxud əlavə ara imtahanına gəlmədiyi halda belə final imtahanlarına girə bilər.
Müəllimlər ara imtahanın nəticələrini imtahandan sonra ən geci 2 gün ərzində dekanlığa bildirməlidirlər.
Maddə 15. Final və yekun imtahanı:Hər dərsin final və yekun imtahanı o dərs bitdikdən sonra aparılır. Müəllimlər final və yekun imtahanların nəticələrini imtahandan sonra elə həmin gün ərzində dekanlığa və tələbələrə bildirməlidir.

Maddə 16. Ara, final və yekun imtahan qiymətlərinin hesablanma qaydası: Viza imtahanlarında  tələbənin aldığı istənilən qiymətin 40% hesablanır.Final və yekun imtahanlarında isə  tələbə 50 baldan aşağı qiymət ala bilməz.
Gündəlik məşğələ və seminar dərslərində fəal iştirakına görə fənn müəllimi tələbənin qiymətinə 10 bala qədər əlavə edə bilər.
Maddə 17. İmtahanların aparılma qaydası:İmtahanlar fakültə dekanlığı tərəfindən fənn müəllimləri ilə birgə hazırlanmış və tədris işləri üzrə prorektor tərəfindən təsdiqlənən cədvəl üzrə göstərilən tarixlərdə və saatlarda qeyd olunan auditoriyalarda aparılır. İmtahanlar dekanlığın möhürlənmiş kağızlarında yazılı şəkildə aparılır. Fənlər üzrə suallar hər fənni tədris edən müəllimlər tərəfindən yalnız keçilmiş dərs mövzuları əsasında hazırlanır və kafedrada baxılaraq təsdiq olunur. Tələbələr imtahanlara gələrkən tələbə bileti də təqdim edirlər.
Maddə 18.İmtahanda riayət ediləcək qaydalar:
18.1. İmtahanlar əvvəlcədən proqramlaşdırılaraq müəyyən edilən yer, tarix və saatda aparılır. İmtahanların aparılması üçün əvvəlcədən müəyyənləşdirilmiş tarix, saat və yerdə hər hansı bir dəyişiklik yalnız fakültə dekanlığı tərəfindən edilə  bilər.
18.2.İmtahanda ancaq fakültə dekanlığı tərəfindən hazırlanan siyahıda adları yazılan tələbələr iştirak edə bilərlər. Siyahıda  adları olmayan tələbələrin, imtahanda iştirak etməsi üçün, dekanlıqdan  alınan imtahana buraxılış vərəqəsi olmalıdır.İmtahana buraxılan tələbələr tələbə biletləri ilə birlikdə qiymət kitabçasını da  gətirməlidirlər.
      18.3. İmtahanlara nəzarəti dekanlıq tərəfindən təytn edilmiş nəzarətçilər həyata keçirirlər:Nəzarətçilər imtahanın qaydalara uyğun olaraq keçirilməsini təmin  edirlər. Nəzarətçi tələbələrin şəxsiyətini təsdiq edən sənədləri yoxlayaraq, imtahanda nizam-intizama riayət olunmasına diqqət edir, imtahanla əlaqədar xüsusi vərəqələrin paylanması, toplanması, sayılması və imtahan müddətində nəzarətlə əlaqədar başqa məsələləri həyata keçirirlər. İmtahan  keçirilən otağa təyin olunmuş məsul şəxs və nəzarətçilər imtahan müddətində vacib olmadığı halda  kənara çıxa bilməz və başqa imtahan otaqlarına girə bilməzlər.
 18.4. İmtahanı aparılan fəndən məsuliyyət daşıyan şəxs, o dərsi tədris edən müəllimdir. Müəllim imtahana buraxılacaq tələbə sayını və imtahanın keçiriləcəyi otağların sayıını diqqətə alaraq imtahan suallarını hazırlamalıdır. İmtahan sualları imtahan keçirilən otağa təyin olunmuş nəzarətçilər tərəfindən tələbələrə paylanır və yaxud da oxuna bilər.Fənni tədris edən müəllim imtahan aparılan hər otağa girərək, sualların başa düşülməsini təmin etməlidir və bu müddətdə meydana çıxan problemləri həll etməlidir. Fənn müəllimi, imtahanın aparılması ilə əlaqədar gördüyü nöqsanları, imtahan keçirilən otağa təyin olunmuş məsul şəxs və yaxud imtahanın keçirildiyi binadan məsul olan şəxsə bildirir. İmtahanın gedişinə heç bir müdaxilə etmək olmaz.
18.5. Tələbələr, imtahanın vaxtında başlanması üçün imtahanın  başlaması saatından ən gec 10 dəqiqə əvvəl imtahanın keçiriləcəyi  otağın qarşısında olmalıdırlar. Tələbələr imtahan otağına yoxlama aparılaraq buraxılmalıdırlar. Ancaq, tələbə sayının çox olduğu sinif və otaqlarda tələbələr sinifə daxil olduqdan sonra yoxlama aparılır.
18.6.Tələbələr imtahana  çanta, kitab, dərs ilə əlaqədar qeyd və buna oxşar heç bir şey  gətirə bilməzlər.
18.7. Tələbələr imtahan nəzarətçilərinin qöstərişi ilə oturandan sonra yoxlama aparılaraq,  mövcud tələbə sayı müqaisə edilərək nəticə imtahanda iştirak vərəqəsinə yazılır.
18.8. Tələbələr, imtahan rəhbərinin hər cür xəbərdarlıqlarına riayət etməlidirlər. Nəzarətçi müəllim lazım olduqda, tələbənin oturduğu yeri dəyişdirə bilər.
18.9. İmtahan üçün lazım olan boş kağızlar paylandıqdan sonra suallar paylanılır və yaxud oxunur.
18.10. İmtahan otağı rəhbəri, imtahanın başlanma və qurtarma saatını söyləyir və imtahan otağında riayət edilməsi lazım olan qaydaları xatırladır.
18.11. İmtahanlara 15 dəqiqə gecikən, suallar paylandıqdan və imtahan başlandıqdan sonra  gələn tələbələr  imtahana buraxılmırlar.
18.12. İmtahan otağı rəhbəri imtahandan əvvəl tələbələrə aşağıdakı qaydaları xatırladır:
a) İmtahan müddətində sualların məzmunu, mənası, izahı ilə əlaqədar suallar  fənn müəllimindən ya da digər səlahiyyətli şəxsdən soruşula bilər. Bu məqsəd ilə imtahan müddətində dərsdən məsul şəxslər bütün imtahan otaqlarında ən azı bir dəfə olmalıdırlar. Bu şəxslərdən başqa heç kim suallarla əlaqədar izahat verə bilməz.
b) İmtahan müddətində tələbələrin öz aralarında və səlahiyyətli olan şəxslər ilə danışmaları və yaxud sual soruşmaları, eyni şəkildə səlahiyyətli şəxslərin də tələbələr ilə və öz aralarında yavaş səslə belə danışmaları qadağandır.
c) İmtahan müddətində köçürən, köçürmək istəyən, köçürməyə şərait yaradanlar, edilən xəbardarlığa baxmayaraq öz aralarında danışanlar, imtahan otağının rəhbəri tərəfindən imtahan otağından çıxardılaraq təqdimat yazılır, onunla əlaqədar lazımi cəza verilməsi üçün dekanlığa verilir. İmtahanda köçürən ya da köçürməyə səy göstərən və yaxud köçürdüyü sonradan müəyyən edilən tələbə o imtahandan F (0.00) «sıfır» qiyməti almış hesab olunur. Belə tələbələrə fakültə dekanlığı tərəfindən uyğun cəza verilir. Köçürtdürən və yaxud köçürməyə kömək edən tələbələr haqqında da eyni qaydalar tətbiq olunur.
d) Nəzarətçilər köçürənlərə və yaxud köçürmək istəyənlərə xəbərdarlıq etmək məcburiyətində deyillər.
e) İmtahan sualları imtahan otağından kənara çıxarıla bilməz.
f) İmtahan müddətində, stolların üstündə və altında imtahanla əlaqədar heç bir vəsait olmamalıdır.
i) Tələbələrin imtahan müddətində bir birlərindən qələm, pozan ve bunun kimi başqa vəsaitlər almaları qadağandır.
c) Dərsı tədris edən müəllimin icazəsi olmadan, imtahanda lüğət, hesab  xətkeşi, kalkulyator və bunlara oxşar köməkçi vasitələrdən istifadə edilməsi qadağandır.
k) İmtihanın bitdiyi saatı imtahan otağının rəhbəri uca səslə bildirməlidir. İmtahan başlama saatından 15 dəqiqə keçmədən heç bir tələbə imtahan kağızını təhfil verərək imtahan otağını tərk edə bilməz.
Maddə 19. İmtahanlara və qiymətə etiraz:Tələbə imtahanların nəticələrindən narazı qaldıqda, nəticələr elan olunduğu tarixdən başlayaraq 3 gün ərzində fakültə dekanlığına ərizə verərək etirazını bildirə bilər. Bu halda dekan, kafedra müdirinin və dərs müəlliminin iştirak etdiyi üç nəfərlik komissiya yaradır və imtahan cavablarına yenidən baxılır. Yoxlamanın nəticələri ən gec 3 günə dekanlıq tərəfindən tələbəyə bildirilir.
Maddə 20. Kursdan kursa keçmə:Birinci kursun tələbələri kəsirlərinin sayına baxmayaraq ikinci kursa keçirilirlər. Kəsirləri olan tələbələr ikinci kursun ərzində (qış sesiyasının dərslərini – qışda, yaz sesiyasının dərslərini – yazda) kəsirlərini ləğv etmək üçün birinci kursun imtahanlarına (ara, final, yekun) qatılmalıdırlar. Bu halda da üzürlü səbəbdən kəsirlərini verə bilməyənlər (kəsirlərin sayı 2-dən çox deyilsə), rektorluğa müraciət edirlər və rektorluğun icazəsi ilə onlara bir imtahan haqqı da verilə bilər. Bu müddət ərzində kəsirlərini ləğv etməyən tələbələr universitetdən xaric olunurlar. Birinci kursdan kəsiri olan tələbələr 3-cü kursa keçirilmirlər. Eyni qaydada tələbənin 4-cü kursa keçməsi üçün onun 2-ci kursdan kəsiri qalmamalıdır. 4 ilin ərzində universiteti bitirə bilməyən tələbələrə 3-cü, 4-cü kursdan kəsirləri ləğv etmək və buraxılış işinin müdafiəsinə 3 il ərzində vaxt verilir. Bu müddət qurtarandan sonra öz təhsilini axıra çatdıra bilməyən tələbələr universitetdən xaric olunurlar.
Maddə 21. Tədris təqvim planı və imtahanların keçirilmə vaxtı:
Maddə 22. Diplom və məzun olma:Fakültənin tədris planında göstərilən təhsil müddətindəki dərslərin hamısından müvəffəq olan və bu qaydalarda göstərilən bütün müddəaları yerinə yetirmiş tələbə, təhsilini başa vurmuş hesab olunur. Tələbəyə Respublika Təhsil Nazirliyi tərəfindən vahid qaydada tərtib olunmuş ,Azərbaycan Dövlət İqtisad Univeresiteti tərəfindən təsdiq edilmiş (Azərbaycan dilində olmaqla) bakalavr diplomları verilir. Fakültədən məzun olanlara ayrıca olaraq keçdikləri fənnlərin adını , akademik saatları,kredit miqdarını və qiymətlərini göstərən diploma əlavə də verilir.
Yüksək tədris göstəriciləri ilə və yuxarıdan fənləri seçməklə tədris prosesində iştirak edən tələbə bakalavr pilləsini normativdə nəzərdə tutulmuş müddətdən əvvəl də bitirə bilər.
Azərbaycan Respublikası Təhsil Nazirinin 54 nömrəli 27.01.1997-ci il tarixli əmri ilə təsdiq olunmuş «Azərbaycan Respublikası AIi Təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında əsasnamə»yə uyğun olaraq təhsil proqramının mənimsənilməsində xüsusi nailiyyətlər əldə etmiş, təhsil müddətində «yaxşı» qıymətlərinin sayı bütün qiymətlərinin sayının 25 faizindən çox olmamaqla, bütün imtahanlardan yalnız «yaxşı» və «əla», buraxıhş yekun dövlət attestasiya sınaqlanndan isə yalnız «əla» qiymətlər almış məzunlara fərqlənmə diplomu verilir. 
 

 

Категория: Təhsil | Просмотров: 2286 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
17.03.2009
2. Михаил (Kirillovs) [MÖVZULAR]
Сайт классный у вас! smile

23.06.2008
1. Aslan [MÖVZULAR]
Bu esasname yeni qebul olunub yoxsa 2006-ci ilde?

Имя *:
Email *:
Код *: