Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 29.04.2024, 02:57
Главная » 2008 » Июнь » 2 » Beyin Haqqında
Beyin Haqqında
22:41
İnsan ağlı - ən qəliz, çox "işləri" naməlum qalan, ən yaradıcı sistem. Bu sona qədər tədqiq olunmamış sistemin tədqiqi ilə: bioloqlar, neyrofizioloqlar, psixoloqlar məşğul olurlar.
Hərdən biz onlardan beyin haqda maraqlı faktlar eşidirik, bu da onlardan 10 dənəsi.

1. Bizim qısamüddətli yaddaşımız bir dəfəyə yalnız 7 obyekti yadda saxlaya bilər.

İnsanları 3 yaddaş formasına malikdirlər: sensor, uzunmüddətli və qısamüddətli. Uzunmüddətli təxminən sərt disk kimidir, qısamüddətli isə ən xırda yaddaş qurğuları kimidir. Bu yaddaş eyni vaxt kəsiyində beyində 5-10 obyekti saxlaya bilir. Orta göztəricili insan isə 7 obyekti yadda saxlaya bilər. Lakin insan ağlını daha çox obyekti emal etməkçin məşq elətmək olar, qruplar formasında yaddaşda saxlama üsulu ilə. Yeri gəlmişkən telefon nömrələrinin çox hissəsi 7 rəqəmli olur.


2. Şartrez - ən tez görünən rəngdir.

Sarı-yaşıl rəng, görünən spektrin ən rahat seçilən rəngidir. Bizim gözlərimiz yalnız 3 rəng tanıyır: göy, yaşıl, qırmızı. Lakin beyin rənglər haqqında informasiya almır, beyin yalnız işıqlı - qaranlıq və rənglər arasındakı fərqi qəbul edir. Nəticədə ən asan seçilən rəng bu rəng olur. Buna görə də psixoloqlar, ekstrasenslər, rəssamlar tez-tez bu rəngdən istifadə edirlər.


3. Şüuraltı yaddaşınız sizdən ağıllıdır.

Və yaxud da güclüdür. Araşdırmalardan birində insanlara çox qəliz bir şəkil göstərilib. İnsanlar araşdırmaçıların səkildə deyilən sektoru dərhal tapıb göstərmək tapşırılıb. Tapşırığın öhdəsindən çoxları gəlir. Digər qrupa isə əvvəlcə düşünmək sonra qərar vermək üçün vaxt verilib. Və? Tam məhv. Baxmayaraq ki tapşırığa bir neçə saat sərf olunub.


4. Zehni iş beyni yormur.


5. Dua insan beyninin işinə yaxşı təsir edir.

Dua edən zaman insan beyni "yoran" prosseslərdən və analizlərdən yəni reallıqdan uzaqlaşır. Bu vəziyyətdə (meditasiyalarda olduğu kimi) beyində delta-dalğalar yaranır, hansılar ki ilk 6 aylığında uşaqlarda müşahidə olunur. Bəlkə də elə bu fakt, tez-tez dua edən adamların az-az xəstələnməsinə və tez sağalmasına təsir edir.


6. Beynin davamlı işlənməsi onun xəstələnməsinin qarşısın alır.

Beynin davamlı çalışdırılması ağır xəstəlik - Alsqeymer sindromunun qarşısın alır. Yeni nə isə öyrənmək və adət olunmayan işlə məşğul olmaq beynin inkişafın sürətləndirir. Həmçinin intelektual cəhətdən özündən güclü insanlarla söhbət də beynimizə yaxşı təsir edir.


7. İnsan beyni bizim kölgəmizi bədənin fiziki davamı kimi qəbul edir.


8. Beynin tam fəaliyyəti üçün çoxlu maye qəbul etmək lazımdır.

Beynimiz 75% sudan təşkil olunub. Buna görə də beyni sağlam və işədavamlı saxlamaq üçün orqanizmiə uyğun su qəbul etmək lazımdır. Beləliklə, həblər və çay vasitəsilə bədəndən suyu azaldaraq arıqlamağa çalışanlar bilməlidirlər ki, onlar öz çəkiləri ilə yanaşı beyinlərinin iş qüvvəsin də itirirlər.


9. Beyin bədəndən gec oyanır.

Buna görə də səhərlər qaçmaq, yemək yeməkdən əlavə, televizoru açmaqdansa kitab oxumaq və ya krossvord həll etmək daha yaxşı olar.


10. Beyinə qadınlardansa, kişilərin söhbətin anlamaq daha asan gəlir

Kişi və qadın səsləri beynin müxtəlif hissələrinə təsir edir. Qadın səsi - daha musiqilidir, daha yuxarı tezliklərdə səslənir, tezliklərin diapazonu kişilərinkinə nisbətən geniş olur. İnsanın beyninə qadın səsini "kodlaşdırmaq" üçün əlavə qüvvə sərf etmək lazım gəlir.
 


Категория: Qeyri Adi | Просмотров: 1081 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: