Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Май 2008  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 27.04.2024, 13:52
Главная » 2008 » Май » 30 » «Böyük Ermenistan» - bir sionist proqramıdır
«Böyük Ermenistan» - bir sionist proqramıdır
00:46

«Böyük Ermənistan» - bir sionist proqramıdır


    Fransanın «Böyük Şərq» Baş Mason Lojasının böyük magistri Jan-Mişel Kiyarde «erməni soyqırımı» adlandırılan qondarma hadisənin tanınmasına yönəli təşəbbüslə çıxış etmişdir. Xatırladaq ki, bir müddət əvvəl, mart ayının 26-da «erməni soyqırımı» məsələsinin müzakirəsi barədə qərarı sionist rejimin parlamenti olan Knesset də qəbul etmişdi ki, bu da adıçəkilən məsələnin sionist parlamentinin gündəliyinə salınması demək idi, - «AZG»Nin verdiyi xəbərdə bildirilir.

    Beləliklə, Fransa erməniləri tərəfindən təşkil edilmiş «soyqırım» qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə çıxış edən J.M.Kiyarde bidirmişdir ki, siyasi xadimlər zərurət halında tarixə aid olan məsələlər barədə qərarlar qəbul edə bilərlər. Rəsmi Ankaranın 1915-ci ildə baş vermiş hadisələri araşdırmaq üçün tarixçilərdən ibarət müştərək komissiyanın yaradılması barədə təklifini «tam cəfəngiyat» adlandıran baş mason: «Doğrudanmı əsir düşərgələrində (konslagerlərdə) qaz kameralarının həqiqətən olub-olmamasını müəyyən etmək üçün tarixçilərdən ibarət komissiya yaratmaq lazımdır?», - deyə qeyd etmişdir.

    Məsələyə diqqət çəkən Türkiyənin «Vakit» qəzeti bu münasibətlə yazır: «Sionistlərin «Həsrəti çəkilən torpaq» (rusca geniş yayılmış adı – «Zemlə Obetovannaə») planları həm də eyni zamanda Türkiyənin Anadolu vilayətinin cənubi-şərqini də özünə daxil edir. Və bunun nəticəsində də ermənilər sionistlər üçün öz məqsədlərini – Dəclə və Fərat çayları hövzələrinin də istila edilməsini həyata keçirmək yolunda bir vasitəyə çevrilirlər. Və bu səbəbdən də «erməni soyqırımı» məsələsi beynəlxalq birliyin gündəliyindən düşməyən bir məsələ olaraq qalmaqdadır».

    Bu tipli problemlərin araşdırılması ilə məşğul olan tədqiqatçı Əli Kuzu əmindir ki, «mason lojaları işğal edilmiş Fələstin torpaqlarındakı sionist qurumuna xidmət edirlər. Onlar Türkiyənin cənubi-şərqində «Böyük Ermənistan» yaratmaq niyyətindədirlər. Lakin, dünyada olan ermənilərin sayı getdikcə azalır. Yəni, bu o deməkdir ki, «Böyük Ermənistan yaratmaq» üçün ermənilərin nə gücü, nə də ki, imkanları vardır. Sionistlər də ermənilərin «pərdəsi» altında Dəclə və Fərat çayları hövzələrini ələ keçirmək istəyirlər. Demək, «Böyük Ermənistan» - bir sionist proqramıdır. Və bu baxımdan da ermənilərin «soyqırım» məsələsinin tanınmasında masonların ermənilərə dəstək göstərmələri tamamilə məntiqidir».

    «Yeni çağ» qəzeti isə yazır: «Biz gözləyirdik ki, Türkiyədəki masonlar Jan-Mişel Kiyardenin sözlərini pisləyəcəklər. Lakin, əgər onlar bunu etməyə çətinlik çəkirlərsə, onda heç olmasa «Soyqırım məsələsini tarixçilərin öhdəsinə buraxaq» desinlər. Fəqət, bu əbəsdir. Türkiyədə olan erməni soyqırımı iddialarının əksər müdafiəçiləri elə –masonların özləridir».

    Fəruq Arslanın «Kanada-türk» saytında yerləşdirilmiş məqaləsinə görə, Türkiyədə masonların 198 lojasında qeydiyyata alınmış 14 min türk-mason vardır. Türkiyənin yerli mason lojaları ölkənin azad və tanınmış mason lojalarına tabedirlər. Bu lojaların da birincisi Fransanın yuxarıda adı çəkilən baş mason lojası olan «Böyük Şərq» lojasına tabedir. Məqalə müəllifinin qənaətincə, bütün dünyanın 6 yerli lojasında əksəriyyəti Türkiyə vətəndaşı olan masonlar təşkil edir. Onlardan biri – «Türkay» mason lojası Almaniyanın birləşmiş böyük Lojasına tabedir. Digər türk lojası olan – «Zər» isə – Parisdə yerləşir. Bir başqa türk lojası olan «Parıltı» lojası – Təl-Əvivdə, digəri – Vaşinqtonda məskunlaşmışdır. Nyu-Yorkda isə «Anadolu» adlı mason lojası fəaliyyət göstərir. Rumıniyanın paytaxtı Buxarest şəhərində fəaliyyət göstərən «İşıq» mason lojası da türklərə məxsusdur və oradakı mərasimlər türk dilində keçirilir.

ƏZİZ AĞAYEV

“Deyerler” AİN (www.deyerler.org)

 

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən "Deyerler" AİN-ə (www.deyerler.org) istinad zəruridir.

Категория: Siyasət | Просмотров: 1228 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: