Каталог статей
Меню сайта


Категории каталога
Menim meqalem [1]
Kurs işleri [0]
Kompüter dersleri [0]
Qanunlar ve Fermanlar [0]
Ümumi senedler [1]


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 27.04.2024, 19:38
Главная » Статьи » Menim meqalem

HİCAB-QADININ DƏYƏRİ

Heç kəs öz bağı ətrafına hasar çəkən bağbana irad tutmur. Çünki, hasarsız bir bağın zərərdən amanda qalmayacağı və bağ sahibinin ondan bir bəhrə götürməyəcəyi məlum məsələdir. Heç bir kəs də “azad olmaq lazımdır” deyərək evinin divarını sökmür və və ya gecələr darvazanı açıq qoymur. Ona görə ki, bu oğurular üçün yaxşıca bir fürsət olar. Yaxud, heç bir xəzinə sahibi var-dövlətini göz önündə qoymur və onu etibarlı bir yerdə gizlətməmiş rahat olmur. Əks təqdirdə qiymətli əşyalardan əsər-əlamət qalmaz. Əşyanın qiyməti nə qədər çox olarsa, təhlükəsizliyi bir o qədər artıq təmin edilir.

Bütün bu misalları çəkməkdə məqsədimiz var.

Qadın... Allahın zərif, incə və qiymətli yaradılışı... O, üzlərinə mehribanlıq maskası atmış fürsət güdən heyvan sifətlilərin qəzəbli əllərində solmamalı, ismət gülü tapdalanaraq ayaq altına atılmamalı.

Qadın... İsmət və paklıq evi... O, həvəs oyuncağına çevirilməməli. Ey dost, iffət və paklıq Gövhərinin qiyməti qızıl, pul, bağ məhsulu və ya ev əşyasından azdırmı?!

Ey dost, sən evinin qapısını bağlayıb pəncərəyə örtük salarkən evini yad insanlardan, yad nəzərlərdən qorumuş olursan, özünü zəncirləmiş, sıxıntıya salmış deyil! Belə deyilmi?!

Sən təhlükələrdən qorunmaq və əziyyətlərdən amanda qalmaqçün özünü örtürsənsə, bunu heç kəsə aidiyyatı yoxdur. Həqiqət qarşısında yalnız məntiqsiz düşüncələr mövqe tutur.

"Gərək ürək təmiz olsun". Bu söz sadəcə təskinverici bir dərmana bənzəyir, insanı aldadır. Ruhun təmiz olması üçün ruhani aləmin qayda-qanunlarına itaət olumalıdır.

Qadın bəşərin gələcəyidir. Bir millətin gələcəyinə baxmaq istəyirsənsə, bax onun qadınlarının iffət və tərbiyəsinə. Qadin ticarət əşyası deyil! Özlərini şəhvət tacirlərinin bazarında, zəhərli, bulaşıq baxışlar önündə tamaşaya qoyan kəslər necə də sadəlövhdürlər!. Nazlanıb, cilvələnib özlərini şəhvani nəzərlər önündə tamaşaya qoyanlar necə ağır yatmışlar! Bunu bəşərin tərəqqi və sivilizasiyasımı adlandırırıq?! Olsa-olsa bunu yalnız “heyvanizasiya” adlandırmaq olar.

Ey əziz, divarları dağıtmaq, pərdələri sökmək və pəncərələri açıq qoymaq, dar düşüncəlikdir, ziyalılıq yox. Bu cahiliyyət əlamətidir, sivilizasiya deyil!

Qadının hicabına qarşı çıxanlar Allahın hikmət və məntiqinə qarşı çıxanlardır. Hikmətin qarşısında cəbhə tutanlar nadan və savadsızlardır.

Bəziləri özlərini zəhmətə salaraq sübut etməyə çalışırlar ki, örtünmək Qurani-kərimdə yazılmayıb. Onlar ya özləri savadsızdırlar, ya da dindən xəbərsiz bir qrup insanı aldatmaq niyyətindədirlər.

Hicabsızlıq sayəsində abır-həyasını itirərək rusvay olanların nəhayət bir gün peşmanlıqla əllərini qəflət başlarına vuranlar və öz cahilliklərinə lənət deyənlərin aqibətindən ibrət almaq bizə kifayətdir. Yoxa bizimdəmi başımız daşa dəyməlidir! Bu gün insanlıq aləminin başı hər gün “daşlar”a dəyir, amma artıq bu “baş” o “daş”ı hiss etmir, keyləşib...

Bir tikə “çörəyə” görə imanlarını satanlar, "gözəllik yusifi"ni bir neçə qəlp pula dəyişənlər, "iffət körpəsi"ni yüzlərlə ac qurdun qabağına atanlar bir gün peşmanlıq divarı arxasında ətəklərinə leysan kimi həsrət göz yaşları tökəcək və axirətdə də cəhənnəm atəşində yananlardan olacaqlar.

Gərək ilk vaxtlar təmiz və şəffaf olan iffət libasının günah çirki ilə çirklənməsinə yol verilməsin.

Gərək elə əvvəldən yad ayaqların nəciblik tarlasına girməsinə icazə verilməsin!. Yoxsa təzə açılmış ismət gülləri ayaq altında tapdalanandan və budaq sındırılandan sonra ağlamağın, nə faydası?!

Cavad Mühəddisi

Tərc.: M. Ş.

HİCAB
Cahil insan, demə sən qadına bir bənddi

hicab,

Qadının isməti, abrı, ona zinətdi

hicab.

Hicab olmazsa əgər, şəxsiyyəti tapdalanar,

Nankor insan gözünə gör necə sərhəddi

hicab.

Hicabın yoxluğudur aləmi çəkmiş fəsada,

Fəsad əhli olana gör necə də sərtdi

hicab.

Allahın əmri budur qadına, örtsün hicabı,

Namazın düzlüyünə, qəbuluna şərtdir

hicab.

Fatimə aşiqi, bağla hicabı, etmə günah,

Bağlasan aşiq olarsan nə lətafətdi

hicab.

Həqq yolunda həmişə söz demək şərafətdir,

Hicabın qədrini bil, şani-şərafətdi

hicab.

Səməndərin bu cahanda yoxdur xoş güzarı,

Nə qədər yoxdu cəmiyyətdə ona dərddi

hicab.

(Şeir Səməndər Qarabağlıdandır)
Son Ümid Jurnalı

Категория: Menim meqalem | Добавил: telebeplus (08.06.2008)
Просмотров: 1171 | Комментарии: 8 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 4
28.11.2010
4. Tebligatina soxum [MÖVZULAR]
Rus dilinde yazanlar sizin de neslinizi sikim

28.11.2010
3. Tebligatina soxum [MÖVZULAR]
siktir ala gotveren ,,,seni sikir ki kim hicab taxir ya yox ..taxan taxsin taxmayana da tebligat eleme sox icine otur

13.08.2009
2. Jasneev (Jasneev) [MÖVZULAR]
Дизайн симпатичненький

21.06.2008
1. ehlibeyt (MEHEMMED_MEHDI) [MÖVZULAR]
nur-31 - Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);

Имя *:
Email *:
Код *: