Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Январь 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 19.04.2024, 06:23
Главная » 2009 » Январь » 2 » Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Magistr dərəcəsi üzrə aşağıdakı təhsil proqramlarını təklif edir
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Magistr dərəcəsi üzrə aşağıdakı təhsil proqramlarını təklif edir
19:58
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Magistr dərəcəsi üzrə aşağıdakı təhsil proqramlarını təklif edir:

1. Koreya Universitetlərində Beynəlxalq Elmlər üzrə 14 aylıq magistr proqramı (fevral 2009 - mart 2010);

2. Ehva Qadınlar Universitetində Beynəlxalq Elmlər üzrə 13 aylıq magistr proqramı (fevral 2009 - fevral 2010);

Bu proqramda yalnız qadın namizədlər iştirak edə bilər.

3. Ajou Universitetində Beynəlxalq Ticarət və Biznes üzrə 14 aylıq magistr proqramı (mart 2009 – aprel 2010);

4. Koreya İnkişaf İnstitutunun Dövlət Siyasəti və İdarəçiliyi Məktəbində İctimai Siyasət üzrə 12 aylıq magistr proqramı (fevral 2009 - yanvar 2010).

Koreya tərəfi adı çəkilən magistr proqramlarında seçim yolu ilə 56 ölkədən məhdud sayda şəxsin iştirakını təmin edəcək, o cümlədən seçilmiş namizədlərin təhsil, beynəlxalq nəqliyyat, yemək, yaşayış, tibbi müayinə və beynəlxalq səfər sığortası xərclərini ödəyəcəkdir.

Proqramda iştirak etmək istəyən namizədlər 35-dən aşağı yaş həddində olub əqli və fiziki cəhətdən sağlam olmalı, bakalavr və ya daha yüksək təhsil dərəcəsinə, eləcə də ingilis dilində yüksək səviyyədə yazı və danışıq qabiliyyətlərinə malik olmalıdırlar. Namizədlər əvvəllər KOİCA-nın hər hansı təhsil proqramının iştirakçısı olmamalı və ya belə bir proqramda iştirak etdikləri müddətdən ən azı 5 il keçməlidir.

Proqramda iştirak etmək arzusunda olan namizədlər ərizə formaları üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Sənədlər 28 dekabr 2008-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Qeyd olunan təhsil proqramları haqqında əlavə məlumatı müvafiq olaraq aşağıdakı internet səhifələrindən əldə edə bilərsiniz: www.koreagsis.ac.kr  www.gsis.ewha.ac.kr/ekoica  www.gsis.ajou.ac.krwww.kdischool.ac.kr

Категория: Təhsil | Просмотров: 6060 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: