Меню сайта


Разделы новостей
İqtisadiyyat [2]
Siyasət [1]
Regional [2]
DÜnyada [2]
Ölkə İçi [0]
Təhsil [6]
Qeyri Adi [3]
İdman [3]


Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30


Форма входа


Поиск


Друзья сайта


Мини-чат
200

Наш опрос
Rüşvet verirsinizmi?

Всего ответов: 18



Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Приветствую Вас, Гость · RSS 24.04.2024, 02:17
Главная » 2008 » Июнь » 3 » “İNTEL” KORPORASİYASININ DİREKTORLAR ŞURASININ SƏDRİ KREYQ BARRETT AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
“İNTEL” KORPORASİYASININ DİREKTORLAR ŞURASININ SƏDRİ KREYQ BARRETT AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
11:18

“İntel” korporasiyasının Direktorlar Şurasının sədri Kreyq Barrett iyunun əvvəlində Bakıya səfər edəcəkdir.

O, Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar çərçivəsində ali və orta təhsil sahəsində informasiya texnologiyalarının inkişaf perspektivlərini açıqlayacaq, elmin, iqtisadiyyatın uğurlarında və beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılmasında informasiya texnologiyalarının rolunu izah edəcəkdir.

Səfər çərçivəsində müzakirə ediləcək əsas mövzularından biri də Azərbaycanda “Mobil texnologiyaları məktəblərə” proqramının həyata keçirilməsinin davam etdirilməsi məsələsi olacaqdır. Bu proqrama görə, “İntel” texnologiyaları bazasında şagirdlər üçün hazırlanan fərdi mobil kompyuterlərin məktəblərə təmənnasız verilməsi nəzərdə tutulur.

Azərbaycanın bütün 18 dövlət ali məktəbində internet şəbəkəsindən naqilsiz istifadə zonaları yaradılmasını nəzərdə tutan layihənin həyata keçirilməsi “İntel” korporasiyası ilə respublikamızın ali məktəblərinin sıx qarşılıqlı əlaqələrinə nümunədir. Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində bu ali məktəblərin tələbələrinin mobil fərdi kompyuterlər üçün “İntel®Centrino” texnologiyası əsasında noutbukların köməyi ilə internet şəbəkəsindən pulsuz istifadə edə bilmələri üçün hot-spotlar fəaliyyətdədir.

Bakıda “İntel” korporasiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Niyyət Sazişi imzalanacaqdır. Bu Sazişə əsasən, həmin proqramın həyata keçirilməsi ilə yanaşı, müəllimlərin təxminən 40 faizi təhsil prosesində rəqəmsal texnologiyaların tətbiq edilməsinin innovasiya metodlarını öyrənəcəkdir. Naqilsiz internet texnologiyalarının inkişafına şərait yaradan layihələrə xüsusi diqqət yetirmək nəzərdə tutulur. Bundan əlavə, “İntel” korporasiyası respublikada hərtərəfli informasiya və texniki dəstək formatında dövlət təhsil proqramının həyata keçirilməsinə və kompyuterləşdirmə səviyyəsinin artırılmasına kömək edəcəkdir.

BAKI. 02.06.2008. AzərTAc.
 

Категория: İqtisadiyyat | Просмотров: 1148 | Добавил: telebeplus | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: